Əbcəd hesabı nədir?

Əbcəd hesabı nədir?
20:52 19 Noyabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Əbcəd - ərəb qrafikasına əsaslanan hesab növüdür. Bu hesab qaydasına görə, ərəb əlifbasındakı hər bir hərfin müəyyən rəqəm qarşılığı var. Bu yolla istənilən ədədi sözlə ifadə etmək mümkündür. 1-dən 1000-ə kimi bütün ədədlər 28 hərfin kombinasiyası vasitəsilə göstərilə bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, əlifbanın ilk doqquz hərfi 1-dən 9-a kimi tək rəqəmləri, sonrakı doqquz hərf 10-dan 20-yə kimi onluq ədədləri, növbəti doqquz hərf 100-dən 900-a kimi yüzlükləri, nəhayət, sonuncu hərf 1000 ədədini ifadə edir. Klassik Şərq ədəbiyyatına aid nümunələrdə əbcəd hesabına tez-tez rast gəlirik. Hər hansı mühüm olayın (məsələn, hökmdarın hakimiyyətə gəlişinin, böyük hərbi fəthlərin, möhtəşəm tikintilərin) tarixini çox zaman ədədlərlə deyil, sözlərlə ifadə edirdilər. Hətta şairlər də əksər hallarda öz əsərlərinin yazılma tarixini əbcəd hesabı ilə göstərirdılər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR