Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ordusu olmayan ölkələr: Onları kimlər qoruyur?

Ordusu olmayan ölkələr: Onları kimlər qoruyur?

Date: 19 November 2016 20:52

Dünyanın müxtəlif yerlərində ordusu olmayan ölkələr var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu ölkələrin ordusu olmasa da, onların təhlükəsizliyi güclü dövlətlərin qoruması altındadır. 

Oxu.Az Sputnik-ə istinadən ordusu olmayan ölkələri təqdim edir:

Vatikan: Polis səviyyəsində xidmət verən isveçrəli mühafizəçilər tərəfindən qorunur.

İslandiya: Ölkədə 1869-cu ildən bəri ordu yoxdur. Birləşmiş Krallıq ilə hərbi təhlükəsizlik müqaviləsi olduğundan NATO-nun üzvüdür.

Monako: 17-ci əsrdə silah texnologiyasındakı tərəqqisindən dolayı ordusundan imtina etdi. Lazım olan vəziyyətlərdə qorunması Fransaya aiddir.

Kosta Rika: Ölkənin konstitusiyasına görə, 1949-cu ildən bəri ölkədə ordunun olması qadağandır.

Andorra: 3 iyun 1993-cü ildəki müqaviləyə görə, lazım olduğu təqdirdə ölkənin hərbi cəhətdən qorunması İspaniya və Fransa tərəfindən təmin edilir.

Mikroneziya: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.

Grenada: 1983-cü ildə ABŞ-ın işğalı ilə başlayan dövrdən bəri ölkədə ordu yoxdur. Yalnız yerli təhlükəsizlik qüvvələri mövcuddur.

Kiribati: Kiçik ölkədə təhlükəsizlik üçün yalnız polis var. Ölkənin qorunmasına ehtiyac yaranarsa, Yeni ZelandiyaAvstraliya ordusu hərəkətə keçəcək.

Lixtenşteyn: 1868-ci ildən bəri qorunması İsveçrə tərəfindən zəmanət altındadır.

Marshall Adaları: Amerika Birləşmiş Ştatlarının qoruması altındadır.

Nauru: Təhlükəsizlikdən Avstraliya məsuldur.

Milli.Az


Tags:  Ordusu olmayan ölkələr Onları kimlər qoruyur

RƏYLƏR


Top news