Bakı. 19 noyabr. REPORT.AZ/ Qana Futbol Federasiyası ölkə millisinin baş məşqçisi Avraam Qrantı tutduğu vəzifədən azad edib.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, Afrika Millətlər Kuboku uğrunda yarışda komandaya başqa məşqçı rəhbərlik edəcək.
Qeyd edək ki, bu yarış 2017-ci ilin fevralın 5-dən Qabonda keçiriləcək.
Yerli mətbuatın yazdığına görə, Qana millsi Misirin milli komandasına məğlub olduqdan sonra federasiya bu qərarı qəbul edib.