Narkotik aludəçiliyindən milyonçuluğa

Narkotik aludəçiliyindən milyonçuluğa
21:17 19 Noyabr 2016
133 Maraqlı
Ölkə mətbuatı
A- A+

Uşaqlığını Amerikanın Los Anceles ştatındakı Malibu bölgəsində, yoxsulluq içərisində keçirən Rafati adlı şəxsin həyatı, əzm, iradə və müvəffəqiyyət nümunəsidir. Rafati, 30 yaşına qədər səfil həyatı yaşayıb, 30 yaşında isə narkotik bəlasına düçar olub. Hətta, hədsiz narkotik asılılığı mədəsində xora xəstəliyi yaradıb. Bir müddət, Los Ancelesdə narkotik sataraq dolanışığını təmin edib.
Bir gün, başına gələn bir qəza nəticəsində, ölümdən dönüb və o gündən sonra, həyatını tamamilə dəyişməyə qərar verib. Çünki, necə deyərlər, "artıq bıçaq sümüyə dirənib". Rafati, narkotikə qarşı müalicəyə başlayıb.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, 2007-ci ildə tanış olduğu şəxs sayəsində, sağlam içkilər sektorunda işə başlayıb. Bir müddət bu sahədə işlədikdən sonra, 2011-ci ildə öz markasını yaratmağa qərar verib. "Sun Life Organics" adlı şirkət, böyük müvəffəqiyyətlərə imza atıb. Hazırda, şirkətin Los Ancelesdə 6 mağazası var və gələn sifarişləri çatdırmaqda güclük çəkir. Bir holdinqə çevrilən "Sun Life Organics", bu gün 46 yaşlı, bir zamanların narkotik aludəçisi və evsiz insanın həyatını başdan-başa dəyişib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR