Ürəyin sağlamlığını qoruyan faydalı ot dəmləmələri

Ürəyin sağlamlığını qoruyan faydalı ot dəmləmələri
21:22 19 Noyabr 2016
619 Ölkə
Ölkə mətbuatı
A- A+

Sizə ürəyin sağlamlığını qoruyan çox faydalı dəmləmələri təqdim edirik.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu dəmləmələri 1 ay ərzində içmək olar. Əgər sizdə hər hansı xroniki xəstəliklər varsa, dəmləmələri qəbul etdikdən əvvəl həkimlə məsləhətləşin.
1. 1 xörək qaşığı razyana 1 stəkan qaynar suda dəmlənilir, süzülür və gün ərzində 3-4 dəfə 1 xörək qaşığı olmaqla qəbul edilir.
2. 1 ovuc yemişanı 1 stəkan qaynar suda dəmləyin və gün ərzində 2 dəfə 1/2 çay qaşığı bal əlavə edib 1/2 stəkan olmaqla için.
3. 1 xörək qaşığı quru nanəni 1 stəkan qaynar suda dəmləyin, süzün və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün ona bal əlavə etmək olar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR