Parkomat və ödəmə terminallarında qəpik problemi - VİDEO

Parkomat və ödəmə terminallarında qəpik problemi - VİDEO
21:22 19 Noyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Parkomatlar və ödəmə terminalları 5 qəpikləri qəbul etmir.

Nəticədə də sürücülər və istifadəçilər vaxt itkisi ilə qarşılaşırlar.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, paytaxtda olan parkomatlar və ödəmə terminalları digər məbləğdə olan qəpik pulları götürsə də, 5 qəpikliyi qəbul etmır. Parkomata yaxınlaşaraq bunu yoxladıq.

5 qəpiyi aparata vurub yoxlamaq istəyirdik ki, aparatın üzərində bir elan diqqətimizi cəlb etdi: "Aparat yalnız 10 və 50 qəpik götürür".

Sürücülərin sözlərinə görə, bu vəziyyət onlara problem yaradır.

Ödəmə terminalları da 5 qəpik qəbul etmır. Məsələn, metrodan istifadə edən üzərində xırda pulu olmayan sərnişin belə vəziyyətdə əlavə vaxt itkisi ilə qarşılaşır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR