İmam Hüseyn (ə) – canlı quran

İmam Hüseyn (ə) – canlı quran
21:52 19 Noyabr 2016
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-kərimlə İmam Hüseynin (ə) hər birinin malik olduğu 14 mənzil baxımından bənzərlikləri barədə Şeyx Cəfər Şüştərinin "Xəsaisül-Hüseyniyyə" əsərində yazılanların bir hissəsini diqqətinizə çatdırdıq. Müəllif bu mövzuda başqa maraqlı məqamlara da toxunur. O, qeyd edir ki, Quran Allahın samit (danişmaz, lal) kəlamıdır, Hüseyn (ə) isə Allahın natiq (danışan) kəlamı idi. Quran öz yazıları ilə, Hüseyn (ə) isə öz rəftarı və sözü ilə insanları haqqa doğru hidayət edirdi. Allah-təala Qurani-kərimdə Müqəddəs Kitabı "fürqan" (haqla batili ayıran), "hüda" (yolgöstərən) adları ilə vəsf edir. Həzrət Mühəmməd Peyğəmbərin (s) kəlamında buna oxşar ifadələr İmam Hüseyn (ə) haqqında buyurulub: "Hüseyn hidayət çırağı və nicat gəmisidir".

İslam Peyğəmbəri (s) dəfələrlə Qurani-kərimi və öz Əhli-beytini müsəlmanlara tapşırmış, bu ikisini qorumağı, onlardan ayrılmamağı tövsiyə etmişdi. "Səqəleyn hədisi" kimi tanınan məşhur hədisdə buyurulur: "Sizin aranızda iki əmanət qoyuram. Əgər bunlara möhkəm sarılsanız, nicat taparsınız. Əgər bunlardan uzaq düşsəniz, zəlalətə düçar olarsınız. Bu iki əmanətdən biri Allahın Kitabı (Quran), o biri isə itrətimdir (Əhli-beytimdir). Bu ikisi qiyamət günündə cənnət hovuzunun başında mənim hüzuruma yetişənə kimi bir-birindən ayrılmazlar".

Bundan əlavə, İslam Peyğəmbəri Hüseyni (ə) ümmətə ayrıca tanıtdırıb, onu qorumağı tövsiyə etmişdi. Peyğəmbər balaca Hüseyni (ə) tez-tez öz minbərinə qaldırar, camaata göstərib buyurardı: "Ay camaat, bu, Hüseyn ibn Əlidir (ə), onu tanıyın! Allaha and olsun ki, o, cənnətdə olacaq, onu sevən cənnətdə olacaq, hətta onu sevəni sevən də cənnətdə olacaq" (Əmaliyi-Səduq, məclis 87, hədis 4).

Quran Qədr gecəsində nazil olub. Həmin gecə mələklər yerə enərlər; bu barədə "Qədr" surəsində də buyurulub. İmam Hüseynin (ə) doğulduğu gecə də mələklər Həzrət Peyğəmbəri (s) təbrik etmək, bununla yanaşı, həm də Hüseynin (ə) gələcək qətli münasibətilə Peyğəmbərə (s) başsağlığı vermək üçün yerə eniblər.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quran heç zaman köhnəlməyən, unudulmayan, öz qüvvəsini itirməyən bir kitabdır. İmam Hüseynin (ə) müsibəti də qiyamətə kimi möminlərin qəlbini sızladar, yaddaşlardan silinməz. Hər il bu müsibət qeyd olunar, könüllər riqqətə gələr, gözlər yaşla dolar. Peyğəmbərin buyurduğu kimi, Hüseynin (ə) qətli ürəklərdə elə bir hərarət yaradar ki, qiyamətə kimi sönməz.

Quranı oxumaq, ona qulaq asmaq, hətta Quranın yazısına baxmaq savabdır və ibadətdir. İmam Hüseynin (ə) də müsibətini zikr etmək, növhə demək, ağlamaq və başqasını ağlatmaq, əza məclislərində iştirak etmək, Hüseyni (ə) yaxından (Kərbəlada) və uzaqdan (öz evində ziyarətnamə oxumaqla) ziyarət etmək, onun hüzurunda şəhid olmağı arzulamaq, onun zəvvarlarına xidmət göstərmək böyük savaba malikdir.

İmam Rza (ə) İbn Şəbib adlı səhabəyə xitabən buyurub: "Ey İbn Şəbib! Əgər Hüseynə ağlasan və göz yaşların yanaqlarını islatsa, Allah günahlarını bağışlayar. Ey İbn Şəbib! Əgər istəsən ki, günahların bağışlansın - Hüseyni ziyarət et. Əgər istəsən ki, behişt saraylarında Peyğəmbərlə birlikdə olasan - Hüseynin qatillərinə lənət oxu. Ey Şəbibin oğlu! Əgər Hüseynin səhabələri qədər savab qazanmaq istəsən, həmişə o həzrəti yad edəndə söylə ki, kaş orada olub böyük feyzə çataydım. Əgər behiştdə uca məqama yetişmək istəsən, bizim kədərimizə kədərlən, sevincimizə sevin, vilayətimizə tabe ol!" (Əmaliyi-Səduq, məclis 27, hədis 5).

Quran, onu oxuyana və əməl edənə qiyamət günündə şəfaət edəcək. İmam Hüseyn (ə) də onun müsibətini yaşadanlara, onun matəmində ağlayanlara, onun yolu ilə gedənlərə öz şəfaəti ilə yardım edəcək.

Quran keçmiş peyğəmbərlərin başına gələnlərdən danışır, onların müsibətlərini bəyan edir. İmam Hüseyn (ə) həmin müsibətləri öz həyatı ilə canlandırıb, təkrar edib.

Quran 30 cüzə, hər cüz iki hizbə, hər hizb daha dörd hissəyə bölünür. İmam Hüseynin (ə) bədənini də Kərbəlada tikə-tikə doğradılar.

Quranın öz hökmləri var. Onun yazısına pak halda toxunmaq, ona ehtiramla yanaşmaq, onu pak halda oxumaq lazımdır. Hüseynin (ə) də imam kimi ümmətin boynunda haqqı var idi. Amma onun haqqını qorumadılar, ona zülm etdilər, dünya mənfəəti yolunda onu və əzizlərini şəhadətə çatdırdılar.

***

Şeyx Cəfər Şüştəri daha sonra İmam Hüseynin (ə) vücudu ilə "Fatihə" surəsi və "bismillah" ayəsi arasında paralellər aparır, maraqlı nəticələrə gəlir.

"Fatihə" surəsi "ümmül-kitab" (Quranın anası) ləqəbi ilə tanınır, yəni Quranın bütün möhtəvası, cövhəri bu surədə toplanıb. İmam Hüseyn (ə) də imamların atasıdır, özündən sonrakı 9 imam onun nəslindən dünyaya gəlib.

"Fatihə" surəsinin adlarından biri "şafi"dir, yəni şəfa verən. Batini və zahiri dərdlər bu surəni ixlasla oxumaq nəticəsində sağalar. İmam Hüseynin (ə) türbəti (qəbrinin torpağı) da şəfadır. İmam Hüseynə (ə) ağlayan şəxsin göz yaşı bütün dərdlərin dərmanıdır.

"Fatihə" surəsini imanla oxuyan adama onun hər hərfinin qarşılığında Allah hədsiz savab verər. İmam Hüseynə (ə) ağlayan şəxs göz yaşının damcılarının sayı qədər, İmam Hüseyn (ə) ziyarətinə gedən şəxs atdığı hər addımın sayı qədər savab qazanar.

Nəhayət, "bismillah" ayəsi kəsilən qurbanın halal olmasının şərtidir, hər dəfə qurban kəsəndə bu ayəni xatırlayır və oxuyurlar. Eləcə də, hər dəfə qurban kəsəndə İmam Hüseynin (ə) susuz və diri-diri başının kəsildiyi yada düşür, ruhuna salam, qatillərinə lənət göndərilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Uşaqlara bunu öyrətmək onları daha ağıllı edir - MARAQLI SƏBƏB

24 Avqust 2017 14:48

"RenCap": Türkiyə iqtisadiyyatını Yunanıstandakı problemlər gözləyir

24 Avqust 2017 14:47

Zığ-Suraxanı yolunun daha 2,7 km-lik hissəsi yenidən qurulur

24 Avqust 2017 14:47

"Fitch" ABŞ-ın suveren reytinqini azalda bilər

24 Avqust 2017 14:47

ABŞ səfirliyi “Qarabağ”ı təbrik edib

24 Avqust 2017 14:44

Kista və miomanı məhv edən MƏCUN

24 Avqust 2017 14:43

Qarışıq turşunun hazırlanması

24 Avqust 2017 14:41

Onlar ağladı, biz də ağladıq...

24 Avqust 2017 14:37

Süni intellekt ilk dəfə albom üçün musiqi yazıb

24 Avqust 2017 14:35

Daxili orqanında heroin və psixotrop maddə tapıldı

24 Avqust 2017 14:33

Avstraliya yenidən "Eurovision" mahnı müsabiqəsində iştirak edəcək

24 Avqust 2017 14:32

Polis vətəndaşın maşınını və pulunu əlindən aldı - ŞİKAYƏT

24 Avqust 2017 14:28

"Rusiya kartı: Trampı kim cəzalandırır?

24 Avqust 2017 14:28

"Qarabağ"ın düşərgəsində sevinc anları - VİDEO

24 Avqust 2017 14:27

Türkiyə, İraq və İranın məcburi ortaqlığı - terrorçu PKK və İŞİD-ə qarşı mübarizə

24 Avqust 2017 14:22

"Qarabağ" "Milan"ı arxada qoydu - SİYAHI

24 Avqust 2017 14:19

Turan İbrahimov metroda göründü və...

24 Avqust 2017 14:19

Tufandağda buzlar sürətlə əriyir

24 Avqust 2017 14:18

Danimarkada "Qarabağ"a qol vuran futbolçu 3 aylıq sıradan çıxıb

24 Avqust 2017 14:17

İmre Kertesin məşhur romanı Azərbaycan dilində nəşr olunub

24 Avqust 2017 14:17

Röya və Miri Yusif pulsuz konsert verəcək

24 Avqust 2017 14:13

ETSN: Tufandağ buzlağında ərimə prosesi sürətlənib, buzlaq üzərində olan çatların sayı artıb

24 Avqust 2017 14:12

Bakıda avtoxuliqan saxlanıldı

24 Avqust 2017 14:10

Ukraynada azərbaycanlı minaya düşüb öldü

24 Avqust 2017 14:04

Test imtahanları ləğv edilir? - "Bunu əvəzləyəcək alternativ sistem yoxdur" - ŞƏRH

24 Avqust 2017 14:03

Manatın dollara nisbətdə məzənnəsi

24 Avqust 2017 13:58

Maliyyə Nazirliyi tender keçirir

24 Avqust 2017 13:57

İstanbulda məhkəmə zalında atəş açılıb, 2 nəfər yaralanıb

24 Avqust 2017 13:52

Aİ Azərbaycana yeni səfir təyin edib

24 Avqust 2017 13:52

Yay mövsümündən sonra sağlam menyuya necə keçməli?

24 Avqust 2017 13:48

ABŞ-da neft ehtiyatları yenidən azalma ilə üzləşib

24 Avqust 2017 13:47

Lionel Messinin atası "Mançester Siti" ilə danışıqlara başlayıb

24 Avqust 2017 13:47

İmicini dəyişən Samirə yeni görkəmdə - FOTOLAR

24 Avqust 2017 13:44

Suni göldə batan şəxsin meyiti çıxarılıb

24 Avqust 2017 13:43

Azərbaycan Özbəkistanda beynəlxalq musiqi festivalında iştirak edəcək

24 Avqust 2017 13:42

Cərimələri ödəməyən sürücülərə DYP-dən NÖVBƏTİ XƏBƏRDARLIQ

24 Avqust 2017 13:38

“Kopenhagen”nin futbolçusu: "Heç nəyə lazım olmayan qələbə qazandıq"

24 Avqust 2017 13:27

Millimizin oyununun vaxtı dəyişdirildi

24 Avqust 2017 13:27

FOTO: Azərbaycanlı yazıçıdan çirkin paylaşım...

24 Avqust 2017 13:27

Sürücülərin nəzərinə: o avtomillər müəyyənləşdirilir - XƏBƏRDARLIQ

24 Avqust 2017 13:24

"Qarabağ"ın qələbəsinin pərdəarxası: Bir oyunla ÜÇ HƏDƏF

24 Avqust 2017 13:23

Ermənistanda vəkillər etiraz tətili keçirəcəklər

24 Avqust 2017 13:22

Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğını söndürüblər

24 Avqust 2017 13:19

Buraz Özçivitlə Fahriye Evcen ikinci bal ayına yollandı - FOTO

24 Avqust 2017 13:18

DYP qanunla qadağan olunan yerlərdə avtomobil saxlayanlara xəbərdarlıq edib

24 Avqust 2017 13:17

"Qarabağ"a görə "ərə gedəcəm" deyən aparıcı vədinə xilaf çıxdı

24 Avqust 2017 13:17

Bizim kimi "Qarabağ"...

24 Avqust 2017 13:17

Məşhur meyxanaçılar: Onlar faciəvi şəkildə öldülər...

24 Avqust 2017 13:17

Bədəninizin suya ehtiyacını qarşılayırsınız?

24 Avqust 2017 13:10

Azərbaycan və Kanada XİN başçıları arasında məktub mübadiləsi həyata keçirilib

24 Avqust 2017 13:07