Roma Papası yeni 17 kardinal təyin edib

Roma Papası yeni 17 kardinal təyin edib
22:02 19 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ Roma Papası Fransisik yeni 17 kardinal təyin edib.
“Report” BBC-yə istinadən xəbər verir ki, onların 13-nün yaşı 80-dən az, 4-kü isə çoxdur.
Bu isə onların növbəti Papa seçkisində iştirak edə bilməsi deməkdir.
Yeni kardinallar 5 qitənin 11 dövlətində Vatikanı təmsil edəcəklər.
Məlumatda bildirilib ki, Papa ABŞ-da üç yepiskopu kardinal təyin edib. Onlar Roma katolik kilsəsində islahat tərəfdarıdırlar.
Müşahidəçilərin fikrincə, yeni təyinatlar ABŞ-ın mühafizəkar kardinalları arasında tarazlığa şərait yaradacaq.
Kardinallar kollegiyası Papanın yanında məşvərətçi orqan olmaqla yanaşı, yeni Papanı seçir. Nəzəri cəhətdən istənilən kardinal Roma-katolik kilsəsinə başçılıq edə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/roma-papasi-yeni-17-kardinal-teyin-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR