Ən çox “mama uşağı” Avropanın hansı ölkəsindədir?

Ən çox “mama uşağı” Avropanın hansı ölkəsindədir?
22:17 19 Noyabr 2016
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının (Aİ) Statistika Xidmətinin (Eurostat) dərc etdiyi məlumatlar göstərir ki, Cənubi və Şərqi Avropa ölkələrindəki 18-34 yaşında gənclər digər avropalılara nisbətən valideynlərilə daha çox birlikdə yaşayır. Belə gənclər ən çox Xorvatiyada, Slovakiya və İtaliyadadır. Şimali avropalılar isə - danimarkalılar, finlər və isveçlilər - "valideyn yuvasından" hamıdan tez "uçur" və müstəqil yaşamağa çalışırlar.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, Eurostat-ın statistik məlumatları göstərir ki, ötən il bütün Aİ-də 47,9 faiz gənc valideynləri ilə yaşayıb, hərçənd onlardan bəzilərinin yaşı 35-ə yaxınlaşıb.
2015-ci ildə valideynləri ilə birgə yaşayan gənclərin ən yüksək faizi Xorvatiyada qeydə alınıb. Bu göstərici 70,1 faiz olub. Siyahının ikincisi isə Slovakiyadır. Burada gənclərin 69,6 faizi valideynləri ilə yaşayır. Həmçinin Cənubi və Şərqi Avropa ölkələrinin əksəriyyətinin göstəriciləri orta Avropa səviyyəsindən yüksəkdir: İtaliya, (67,3%), Malta (66,1%), Yunanıstan (63,8%), Portuqaliya (62,9%), Polşa (60,9%), Sloveniya, (60,8%) Rumıniya (59,2%), Macarıstan (58,4%), İspaniya (58%), Bolqarıstan (56,2%), Litva (53,8%), Çexiya (53,1%), Latviya (51,9%), Kipr (51,7%) və Lüksemburq (50,6%).
Gənclərin valideynləri ilə yaşamaq üzrə ən aşağı faizi Danimarkadır (19,7 faiz). Bununla belə gənc danimarkalı kişilər Avropada ən müstəqil olanlardır : Danimarka ailələrində oğlanların cəmi 23 faizi 34 yaşınadək valideynləri ilə birgə qalır. Qadınlar arasında ən çox müstəqillik və ayrıca yaşamaq arzusunda olanlar Finlandiya gəncləridir (15 faiz).
Bütün bu meyillər xeyli dərəcədə konkret ölkələrdə işsizliyin səviyyəsi və iqtisadi vəziyyətlə izah edilir. Şərqi və Cənubi Avropa ölkələrində gənclər iş tapmaqda çətin çəkirlər, mənzilə qənaət etmək üçün isə valideynləri ilə yaşayırlar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/490704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR