Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY
22:22 19 Noyabr 2016
350 Ölkə
Ölkə mətbuatı
A- A+

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar.
Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçinin "Sudan qızılgülü" adlandırırlar.
Qibiskus isti ölkələrdə bitir. Qədim ərəb elmi əsərlərində karkade çayını "bütün xəstəliklərin dərmanı" adlandırırlar.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, karkade çayı antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların təsirindən qoruyaraq orqanizmdə şişlərin əmələ gəlməsinin qarşısını alır, orqanizmi cavanlaşdırır.
Qırmızı çay antosian maddələrlə də olduqca zəngindir. Bu maddələr damarların sağlamlığını qoruyur. Bu səbəbdən karkade çayı damar xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün olduqca faydalıdır.
Orqanik turşularla zəngin olan karkade çayı qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır.
Sidikqovucu təsirə malik olan qırmızı çay arterial təzyiqi aşağı salmağa kömək edir.
Karkade çayı mədənin turşuluğunu artırır və bu səbəbdən qastrit və mədə xorası xəstəliklərindən əziyyət çəkənlərə bu çayı qəbul etmək tövsiyə edilmir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR