Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xamneyi komandanları dəyişdi

Xamneyi komandanları dəyişdi

Date: 19 November 2016 22:22

İranın ali lideri Ayətullah Əli Xameneyi ölkənin Silahlı Qüvvələr komandanlığında yerdəyişmələri edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ayətullah Əli Xameneyi briqada generalı Əhməd Reza Purdəstanın İran ordusunun baş komandanının müavini təyin edib.

Briqada generalı Kiomars Heydəri isə ölkənin quru qoşunlarının komandanı vəzifəsinə təsdiqlənib.

Ayətullah Əli Xameneyi briqada generalı Əbdarrəhman Müsaviyə isə xidmətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, əvvəllər Purdəstan ölkənin quru qoşunlarının rəhbəri, Heydəri isə onun müavini idi.

Milli.Az


Tags:  Xamneyi komandanları dəyişdi

RƏYLƏR


Top news