Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Heç kimdən artıq deyilik” – Qurban Qurbanov

“Heç kimdən artıq deyilik” – Qurban Qurbanov

Date: 19 November 2016 22:27

"Çətin oyun oldu. Vacib 3 xal qazandıq. Çempionatın ən gərgin oyunlarından biri idi. Futbolçularımın mübarizəsindən razı qaldım. "Slovan"la oyunöncəsi bu qələbə yaxşı oldu. Rəqib yaxşı komandadı. Onlara gələn oyunlarda uğurlar arzulayıram".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XII turunda "Kəpəz"lə qarşılaşan ağdamlılar qələbə qazanıblar. Təcrübəli çalışdırıcı qalibiyyəti dəyərləndirib.

- "Qarabağ"ı intizamlı komanda kimi tanıyırıq. Bu gün komanda bir az çox sarı vərəqə almadı?

- Hər matçdan öncə oyunçulara bildirirəm ki, ehtiyatlı olsunlar. Ancaq bəzən əsəbi alınır. Bizə qarşı da kobudluq olurdu. Bu da oyunçulara təsir edir. Düzdü, sarı vərəqələr az olmalıdı, ancaq məncə, normaldı. İntizamı qoruyub saxlamağa çalışırıq. Futbolda bəzən gözləmədiyin hallar da yaşanır buna da hazır olmalıyıq.

- Bədavi Hüseynovun vəziyyəti necədi? "Slovan"la oyuna hazır olacaq?

- Bədavinin zədəsi var. Dünəndən fərdi məşqlərə başlayıb. Çalışacağıq ki həmin oyunda çıxış etsin. Ancaq bizim üçün oyunçumuzun sağlamlığı daha vacibdi. Buna görə, həkimlərlə məsləhətləşib, sonra qərar verəcəyik.

- Bir neçə gün öncə fiziki qüsurlu gənclərlə görüşdüz. Nə hiss etdiz?

- Çətindi. Bəzi məqsədləri var, onu həyata keçirmək istəyirlər. Ancaq orda özümü onlardan üstün hiss etmədim. Allah hərəni bir cür yaradır. Heç kimdən artıq deyilik. Hər birini çox sevdim.

- Namiq Ələsgərovun bu gün iştirak ərizəsinə salınmamasının səbəbi nə idi?

- Namiqi formasını bərpa etmək üçün dünən əvəzedicilərin çempionatında meydana buraxmışdıq. Həmin oyunda 2 qol vurdu. Yorğun olduğundan bu oyunda şans vermədim.

Milli.Az


Tags:  Heç kimdən deyilik Qurban Qurbanov

RƏYLƏR


Top news