Papa yeni kardinallar təyin etdi:

Papa yeni kardinallar təyin etdi:
22:27 19 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransisik yeni 17 kardinal təyin edib.

Milli.Az "Report"a istinadən bildirir ki, onların 13-nün yaşı 80-dən az, 4-ü isə çoxdur.

Bu isə onların növbəti Papa seçkisində iştirak edə bilməsi deməkdir. Yeni kardinallar 5 qitənin 11 dövlətində Vatikanı təmsil edəcəklər.

Məlumatda bildirilib ki, Papa ABŞ-da üç yepiskopu kardinal təyin edib. Onlar Roma katolik kilsəsində islahat tərəfdarıdırlar. Müşahidəçilərin fikrincə, yeni təyinatlar ABŞ-ın mühafizəkar kardinalları arasında tarazlığa şərait yaradacaq.

Kardinallar kollegiyası Papanın yanında məşvərətçi orqan olmaqla yanaşı, yeni Papanı seçir. Nəzəri cəhətdən istənilən kardinal Roma-katolik kilsəsinə başçılıq edə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR