"Qarabağ" futbolçuların ağzını bağladı

"Qarabağ" futbolçuların ağzını bağladı
22:32 19 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının V turunda "Slovan"la qarşılaşacaq "Qarabağ"da oyunöncəsi bəzi qadağalar qüvvəyə minib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "Kəpəz"lə oyundan sonra məlum olub ki, baş məşqçi Qurban Qurbanov futbolçularına mətbuatla ünsiyyətə qadağa qoyub.
 
Hətta o, "mix-zona"ya belə futbolçusunu buraxmaq istəməyib. Amma son anda çalışdırıcı yalnız bir oyunçusuna icazə verib. Jurnalistlərin suallarını cavabalandıran zaman Dani Ndlovuya "Slovan"la bağlı sual versək də, tərcüməçi sualımızı futbolçuya tərcümə etməkdən imtina edib. Səbəbi isə baş məşqçinin qadağasıdı.
 
Qeyd: Sən demə bu qədər media təmsilçisi "Qarabağ" - "Kəpəz" oyununa boş yerə gedibmiş. Hazırkı durumu anlayırıq, başa düşürük ki, "Slovan"la oyunun nəticəsi təmsilçimizin Avropa Liqasında yeni cığır açmasında çıraq rolunu oynayacaq. Amma Premyer Liqanı bu qədər ucuz, hətta lazımsız hesab etmək və yerli media əməkdaşlarına qarşı hörmətsizlik... Şərhi siz verin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR