Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfsanə geri döndü - FOTO

Əfsanə geri döndü - FOTO

Date: 19 November 2016 22:47

İngiltərə premyer-liqasında 12-ci turun matçları oynanılır. "Mançester Siti" klubu səfərdə "Kristel Pelas"ı 2:1 hesabla məğlub edib.

Milli.Az ESPN-ə istinadən bildirir ki, matçın qəhrəmanı "şəhərlilər"in 33 yaşlı ulduzu Yaya Ture olub.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola ilə kəskin münasibətlərdə olan Yaya Ture davranışına görə üzr istəyəndən sonra meydana çıxıb.

Kot-d-İvuardan olan futbolçu bu minvalla 3 aylıq fasilədən sonra əsas heyətdə yer alıb.

Avqustun 24-dən bəri "şəhərlilər"in əsas heyətində oynaya bilməyən Yaya Ture bugünkü matçda "Kristel Pelas"ın qapısına 2 qol vurub.

Milli.Az





















Tags:  Əfsanə geri döndü FOTO

RƏYLƏR


Top news