Saakaşvili Ukraynada inqilab etməyə hazırlaşır?

Saakaşvili Ukraynada inqilab etməyə hazırlaşır?
22:47 19 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Saakaşvili prezidenti tənqid etməsi davaya SƏBƏB OLDU - VİDEO (20 Aprel 2017 14:53)
Saakaşvili teleaparıcı oldu (28 Mart 2017 17:51)
Saakaşvili aparıcılıq edəcək (28 Mart 2017 14:23)

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yenidən qalmaqalın mərkəzindədir. Bu dəfə o, Ukraynada inqilab etmək fikrinə düşdüyünü bəyan edib. Onun sözlərinə görə, tərəfdarları ilə birlikdə 2004-2014-cü illərdə Ukraynada baş verən inqilablarda buraxılan "tarixi səhvləri" düzəltməyə hazırdır. Əlavə edib ki, həmin hadisələrdə qalib gələn qüvvələr elitanı dəyişməyə müvəffəq olmadılar. Bu barədə o, "Rustavi-2" telekanalına müsahibəsində bildirib.

Jurnalistləri özünün yeni təsis etdiyi "Yeni qüvvələrin platforması" partiyasında qəbul edən eks-prezident maraqlı açıqlamalar verib. Kiyevin mərkəzində, prezident administrasiyasına yaxın yerdə ofis kirayələyən M.Saakaşvili əlavə edib ki, bu, düzgün addımdır: "Vaxtilə Tbilisidə "qızılgül inqilabı" zamanı da ofisimizi mərkəzdə, prezident administrasiyasının qarşısında tutmuşduq. Bu bizə sonra hücum etməyə çox kömək etdi". Qubernatorluqdan imtina etdikdən sonra "ikinci nəfəsi"nin açıldığını deyən eks-prezident Ukrayna elitasını dəyişmək üçün Gürcüstanda 2003-cü il inqilabında reallaşdırdığı metodu burada da tətbiq etməyə hazır olduğunu vurğulayıb. Jurnalistin "Ukraynada yeni inqilaba hazırlaşırsınızmı" sualına birbaşa cavab verməyən M.Saakaşvili "hər şeyi zaman göstərər, hər şey şəraitdən asılı olacaq" deyib. Daha sonra əlavə edib ki, "burada xalqı aldadıb və ümidini qırıblar".

O, Ukraynanın taleyinə təsir etmək hüququnun olduğunu xatırladaraq əlavə edib ki, Vyaçeslav Çernovillə (Ukrayna Xalq Rux partiyasının əsasını qoyanlardan biri) birgə 1991-ci ildə bu ölkənin müstəqilliyinə səs verib. Sonra isə 2004-cü il inqilabında Viktor Yuşşenko və Yuliya Timoşenkoya dəstək verib: "O zaman bizim əlaqələndirici Pyotr Poroşenko idi".

Eks-prezident daha sonra ötən gün Ukrayna hakimiyyətinə qarşı paytaxtda keçirilən etiraz aksiyasını quraşdırılmış aksiya adlandırıb. Sonra isə ənənəsinə sadiq qalaraq, özünün də ifadə etdiyi kimi, bir sıra sensasion bəyanatlar verib. Sosial şəbəkələrdə yazıb ki, etibarlı mənbə ona prezidentin onun Ukrayna vətəndaşlığından məhrum edilməsi barədə məsələ qaldırdığını deyib: "Prezident "Pyotr Poroşenko Bloku"nun parlamentdəki fraksiyasının sədr müavini İqor Kononenkoya və prezident aparatında qeyri-rəsmi şəkildə korrupsiya piramidası üzrə məhkəmə işlərinə baxan Aleksandr Qranovskiyə mənim Ukrayna vətəndaşlığından çıxarılmam haqda göstəriş verib". M.Saakaşvili deyib ki, beynəlxalq qanunlar və Ukrayna qanunvericiliyinə görə, başqa vətəndaşlığı olmayan Ukrayna vətəndaşı vətəndaşlıqdan çıxarıla bilməz. O, prezidentin bu hərəkətindən təəssüfləndiyini bildirib və qeyd edib ki, Poroşenko nəinki bu quldurların xidmətindən yararlanır, üstəlik, onların məsləhətlərinə də qulaq asır.

M.Saakaşvili onu da deyib ki, "əgər hökumətin təklif etdiyi siyasət üzrə ölkənin idarəçiliyi davam etsə, Ukrayna öz mövcudluğuna son qoyacaq". M.Saakaşvili bildirib ki, hazırkı dövlət kursu ölkənin iqtisadi göstəricilərinin artmasına imkan verməyəcək: "Artıq Avropanın ən kasıb ölkəsi statusu daşıyan bir dövlətin təcili islahatlara ehtiyacı var. Əgər hökumətin vəd etdiyi ssenari üzrə biz inkişaf etsək, o zaman ən yaxşı halda 15 il sonra Yanukoviç dövrünün səviyyəsinə çata biləcəyik. Yox, əgər biz vəd edilmiş ssenaridən kənarda qalaraq indiki kimi templə inkişaf etsək, o zaman bir azdan yer üzündə Ukrayna adında heç nə qalmayacaq".

Qeyd edək ki, Saakaşvili noyabrın 7-də Odessa qubernatoru vəzifəsindən istefa verib. Məhz bundan sonra onun Ukrayna hökuməti ilə münasibətləri gərginləşib.

Onun sözlərinə görə, ona və komandasına Odessa qubernatoru vəzifəsindən getmək barədə qərar qəbul etmək asan olmayıb. Əlavə edib ki, müxalifətə keçmək barədə uzun müddət fikirləşib. Sonda isə belə bir qərar qəbul etməli olub: "Mənim prezidentin və hökumətin aktiv şəkildə tənqidinə keçməyim elə də asan qərar olmayıb. Xüsusən də geosiyasi baxımdan. Mən elə-belə, sıravi biri deyiləm. Ən nəhəng regionda tanınmış bir fiquram. Burada geosiyasi faktor böyük rol oynayır. Gürcüstana, Rusiyaya ziyan vurmadan addım atmalısan. Lakin düzü demək üçün hərdən güclü olmaq gərəkdir".

Saakaşvili onu da deyib ki, 2012-ci ildə parlament seçkisinə bir neçə ay qalmış  "Vahid Milli Hərəkat"ın seçkidə uduzacağını bilib: "2012-ci ildə biz hakimiyyəti zəif olduğumuza görə yox, xalqın iradəsinə görə təhvil verdik. Biz çox güclü idik və o zaman bizim İvanişvilidən daha təsirli rıçaqlarımız var idi. O zaman bizim arxamızda daha böyük beynəlxalq dəstək dayanırdı. Mən əminəm ki, o zaman seçkidə xalqın iradəsi əks olunub. İvanişvili də bir gün bizim kimi getməli olacaq".

O, Gürcüstan daxilində baş verən proseslərə də toxunaraq son parlament seçkilərini saxtakarlıq adlandırıb. Heç kimi kütləvi etiraz aksiyalarına dəvət etmədiyini desə də, əlavə edib ki, cəmiyyət öz səsini müdafiə etməlidir: "Hamınıza bəllidir ki, nə baş verdi. Hamı seçkilərin saxtalaşdırılmasında iştirak etdi. İndiyə qədər keçirilən seçkilər tarixində ən saxta seçki həyata keçirildi. Manipulyasiyalar bizim vaxtımızda da olub. Lakin mən heç bir vaxt tərəfdarlarımı buna səsləməmişəm. İvanişvili saxtakarlığın bütün formalarından istifadə etdi və onların cəmini 10-a vurdu. Sandra 60 faiz səs topladı. Lakin nəticələrini dəyişdilər. Saxtakarlıq İvanişviliyə ana südü kimi gərək oldu".

Sonda "Vahid Milli Hərəkat"ın tənqidinə keçən Saakaşvili bəyan edib ki, partiya seçkilərdə səslərin qorunmasına hazır olmayıb: "Ən əsası isə, partiya beynəlxalq qurumlarnan lazımi səviyyədə iş qura bilmədi".

"Kaspi"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Gözəlliklə incəsənətin inanılmaz vəhdəti - Dəyişkən ruhlu qadınlar - FOTOLAR

28 Aprel 2017 00:53

Şahmatçılar futbol oynadılar -

28 Aprel 2017 00:45

Türkiyə-Suriya sərhədində insident olub

28 Aprel 2017 00:29

İsrail Suriyadan gələn təyyarəni vurdu

28 Aprel 2017 00:26

Makedoniyada etirazçılar parlament binasına daxil olublar

28 Aprel 2017 00:22

ABŞ-dan Türkiyəyə xəbərdarlıq

28 Aprel 2017 00:18

Vaşinqton: Türkiyə zərbələri ilə ABŞ hərbçiləri üçün təhlükə yaradıb

28 Aprel 2017 00:14

Astroloji proqnoz - 28 aprel

28 Aprel 2017 00:08

İŞİD-dən ABŞ-a zərbə:

27 Aprel 2017 23:55

Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub

27 Aprel 2017 23:52

Referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 23:43

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 23:39

Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini təsdiq edib

27 Aprel 2017 23:37

"Kara Sevda"nın Nihanı sevgisini dodağına yazdırdı

27 Aprel 2017 23:37

"Yadplanetli" həbs olundu

27 Aprel 2017 23:34

Gənc qızın qorxunc taleyi

27 Aprel 2017 23:30

Qəbələdə su festivalı keçirildi - FOTOLAR

27 Aprel 2017 23:28

Şəhriyar Məmmədyarov Vladimir Kramniki qara fiqurlarla məğlub edib

27 Aprel 2017 23:22

"Turan Tovuz"a çempionluq kuboku təqdim olundu -

27 Aprel 2017 23:22

Fransada bir ailə lotoreyada 83 milyondan çox pul udub

27 Aprel 2017 23:17

İsrail Suriyadan gələn təyyarəni vurdu

27 Aprel 2017 23:14

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 23:13

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 22:59

Bu müsəlman ölkəsində fahişəlik qanunidir - 12 yaşli qizlar… - ŞOK FAKTLAR - FOTOLAR

27 Aprel 2017 22:58

Mariya Zaxarova azərbaycanlı jurnalistləri təhqir etdi –

27 Aprel 2017 22:58

Mariya Zaxarovadan Azərbaycan jurnalistlərinə qarşı qeyri-adekvat davranış

27 Aprel 2017 22:54

2 yaşından siqaret çəkən uşağın indiki halı hər kəsi təəccübləndirdi - FOTO

27 Aprel 2017 22:38

Bakıda ruhi əsəb dispanserində iki xəstə ölüb

27 Aprel 2017 22:37

Türkiyədə referendumun nəticələri təsdiqləndi -

27 Aprel 2017 22:37

Türkiyədə referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 22:34

Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib

27 Aprel 2017 22:27

Tvitter xəstəliyi, “sındırılan” prezident və xalq düşmənləri - Trampın YÜZ GÜNÜ

27 Aprel 2017 22:23

Serj Sarkisyandan müharibə mesajı:

27 Aprel 2017 22:17

“Su festivalı” Qəbələdə

27 Aprel 2017 22:14

Almaniyada silahlı şəxs polisə hücum edib

27 Aprel 2017 21:49

"Moskva Türkiyənin kürdlərə zərbə endirməsindən narahatdır" -

27 Aprel 2017 21:46

Dərisinə görə utanan tibb bacısı İnstaqramda ulduza çevrildi - FOTO

27 Aprel 2017 21:38

Yusif Həsənov: "İlk mövsümdə ikinci yeri tutmaq pis nəticə sayılmamalıdır"

27 Aprel 2017 21:32

Bakı-2017:

27 Aprel 2017 21:27

Daşkəsəndə mənşəyi məlum olmayan heyvan əti aşkarlandı - FOTOLAR

27 Aprel 2017 21:13

Bitlisdə hərbçilərə qadın PKK-çılar hücum edibmiş

27 Aprel 2017 21:04

Yaşın nə fərqi var ki?! 77 yaşlı aktyor gənc sevgilisi ilə bu vəziyyətdə göründü – FOTOLAR

27 Aprel 2017 21:03

Döyməli gəlinlər - FOTOLAR

27 Aprel 2017 21:03

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

27 Aprel 2017 21:02

Baş nazirin evi qarət edildi

27 Aprel 2017 20:57

İslamiada: Basketbol yığmamızın heyəti açıqlandı

27 Aprel 2017 20:48

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 20:47

Ruslan Abışov “Bakı Marafonu 2017”yə qatılacaq

27 Aprel 2017 20:37

Bu ölkədə fahişəlik qanunidir –

27 Aprel 2017 20:34

Gəncədə həyat yoldaşını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27 Aprel 2017 20:32