Azərbaycanda hansı sufi təriqətləri daha çox yayılmışdı?

Azərbaycanda hansı sufi təriqətləri daha çox yayılmışdı?
22:52 19 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Şimali Azərbaycan ərazisində tarix boyunca bəzi sufi təriqətləri güclü olmuş və özünə çoxlu tərəfdar toplamışdır. Belə təriqətlər sırasında xəlvətilik, nəqşbəndilik, hürufiliyin adlarını qeyd edə bilərik.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu təriqətlərin hər biri Azərbaycanın yetirməsi olan böyük şəxsiyyətlərin səyləri ilə yayılmış və inkişaf etmişdir. Məsələn, xəlvəti təriqətinin yayılmasında Seyyid Yəhya Bakuvinin, nəqşbəndiliyin inkişaf etməsində kürdəmirli İsmayıl Şirvani və Mirhəmzə Nigarinin, hürufi təliminin rəvac tapmasında isə İmadəddin Nəsiminin müstəsna xidmətləri olmuşdur. Sufilik XX əsrin əvvəllərinə kimi Azərbaycan ərazisində (əsasən, şimal bölgələrində) öz üstünlüyünü qoruyub-saxlaya bilmişdir. Bu gün də ölkəmizin şimal rayonlarında bəzi sufi ənənələrinin yaşadığının şahidi oluruq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR