Niyə müsəlmanların ilk qibləsi Qüds idi?

Niyə müsəlmanların ilk qibləsi Qüds idi?
23:52 19 Noyabr 2016
271 Ölkə
Ölkə mətbuatı
A- A+

Təfsirlərdən istifadə edərək bu nəticəyə gəlirik ki, müsəlmanların ilk qibləsinin Qüds olmasının əsas səbəbi bu ola bilərdi: Allah-təala bununla bütün səmavi dinlərin mənbəyinin eyni olduğunu diqqətə çatdırmaq istəyib.

Milli.Az islam.az-a istinadən bildirir ki,Qüds həm yəhudilərin, həm də xristianların müqəddəs şəhəri, dini paytaxtıdır. Müsəlmanlar ilk mərhələdə namaz zamanı üzlərini Qüdsə sarı çevirməklə, əhli-kitaba göstərmiş olurdular ki, onların inandıqları dinlərin hamısının mənbəyi eynidir. Bütün səmavi dinlər Allah tərəfindən göndərilib və müsəlmanlar həm yəhudilərin, həm də xristianların peyğəmbərlərinə, müqəddəs kitablarına, qibləsinə hörmət edirlər. Lakin sonralar Mədinə yəhudiləri bundan sui-istifadə edərək şayiə buraxdılar ki, guya Həzrət Mühəmməd Peyğəmbər (s) qibləni onlardan mənimsəyib və yəhudi dinindən bəhrələnib. Bu iftiranın qarşısını almaq və yəhudilərin bəhanəsini kəsmək üçün qiblə dəyişdirildi və Məkkə qiblə oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR