"Nou Kamp"da sensasiya, Madriddə Ronaldo-şou - VİDEO

"Nou Kamp"da sensasiya, Madriddə Ronaldo-şou - VİDEO
03:33 20 Noyabr 2016
163 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında 12-ci tura start verilib.

Publika.az xəbər verir ki, tur sensasiyayla yadda qalıb. "Barselona" "Nou Kamp"da "Malaqa"nın müqavimətini qıra bilməyib - 0:0. QOnaqlar oyunu 9 nəfərlə başa vurub. “Malaqa”nın heyətində Dieqo Llorente və Xuan Karlos meydandan qovulub.

Turun mərkəzi görüşündə "Atletiko" doğma meydanında "Real"ı qəbul edib. Oyuna qonaqlar fəal başlayıblar. Oyunun 23-cü dəqiqəsində Kriştiano Ronaldo cərimə zərbəsindən hesabı açıb - 0:1. İlk hissə 0:1 hesabı ilə başa çatıb. İkinci hissəyə də qonaqlar fəal başlayaraq, 71-ci dəqiqədə penalti qazanıblar. Ronaldo penaltini dəqiq yerinə yetirərək hesabı 0:2 edib.

Cəmi 6 dəqiqə sonra Qaret Beylın otürməsindən sonra Kriştiano het-trikini rəsmiləşdirib. Beləliklə, oyun 0:3 hesabı ilə başa çatıb.

İspaniya. La Liqa, 12-ci tur

18 noyabr

Betis - Las Palmas 2:0

Qol: Bruno, 27. Aissa Mandi, 45+2.

19 noyabr

Deportivo - Sevilya 2:3

Qol: Babel, 1. Andone, 42 - Nzonzi, 44. Vitolo, 87. Merçado, 90+2.

Barselona - Malaqa 0:0

Eybar - Selta 1:0

Qol: Fran Riko, 10.

Atletiko – Real 0:3

Ronaldo, 23; 71-p; 77.

20 noyabr

15:00 Alaves - Espanyol

19:15 Valensiya - Qranada

21:30 Sportinq - Real Sosyedad

23:45 Atletik - Vilyarreal

21 noyabr

23:45 Leqanes - Osasuna


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR