Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çin 22,5 min BMW avtomobilinin geri çağırılması ilə bağlı qərar qəbul edib

Çin 22,5 min BMW avtomobilinin geri çağırılması ilə bağlı qərar qəbul edib

Date: 20 November 2016 03:42

Bakı. 20 noyabr. REPORT.AZ/ Çinin keyfiyyətə nəzarət üzrə dövlət idarəsi 22,5 min BMW avtomobilinin geri çağırılması ilə bağlı qərar qəbul edib. “Report” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Geri çağırılan avtomobillərdə təhlükəsizlik yastıqlarının elektron idarəetmə blokunda probem olduğu bildirilir.
İdarənin məlumatında qeyd olunur ki, həmin blokun düzgün işləməməsi səbəbindən qəza zamanı sürücünün və sərnişinlərin həyatına təhlükə yarana bilər.
Məlumatda qeyd olunur ki, geri çağırılan BMW firmasının 7-ci seriyasından olan 17327 avtomobilə, həmçinin 5-ci seriyadan olan 5216 avtomobilə şamil olunub.


Tags:  Çin 22 min BMW avtomobilinin geri çağırılması bağlı qərar qəbul edib

RƏYLƏR


Top news