Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polislər onlara hücum edən şəxsi öldürdülər

Polislər onlara hücum edən şəxsi öldürdülər

Date: 20 November 2016 04:04

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda polis əməkdaşları  dəyənəklə onlara hücum edən şəxsi öldürüblər. İnsident zamanı polislər də xəsarət alıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  polis əməkdaşları Braunsvill məhəlləsini  patrul edərkən naməlum şəxsin hücumuna məruz qalıblar. Polisin dəyənəyini ələ keçirən şəxs asayiş keşikçilərinə zərbələr endirməyə başlayıb. Polislər atəş açaraq hücum edən şəxsi öldürüblər.   

 

Polislərdən bir neçəsi müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 


Tags:  Polislər onlara hücum edən şəxsi öldürdülər


RƏYLƏR


Top news