Mark Sukerberq dünya liderlərini interneti inkişaf etdirməyə səsləyib

Mark Sukerberq dünya liderlərini interneti inkişaf etdirməyə səsləyib
05:42 20 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Facebook sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq dünya liderlərini interneti inkişaf etdirməyə səsləyib.
“Report” Associated Press agentliyinə istinadən xəbər verir ki, bunu Facebook təsisçisi Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammitində çıxışı zamanı dilə gətirib.
Sukerberq həmçinin “qoşulma deklarasiyası”nı imzalamaqla Facebook və digər bu kimi şirkətlərlə əməkdaşlıq etməyə çağırıb. Onun sözlərinə görə, bu sənədə qoşulmaqla yaradılan infrastruktur daha çox insanın internetə çıxışını təmin edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/mark-sukerberq-dunya-liderlerini-interneti-inkisaf-etdirmeye-sesleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR