Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kiflik - FOTO

Kiflik - FOTO

Date: 20 November 2016 07:05

Milli.Az kiflik peçenyelərinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (8-10 pay):  

500 q un
250 q soyuq kərə yağı
150 ml xama
vanilli şəkər pudrası (üzərinə)

iç: 

istənilən qatı mürəbbə

Unu ələyib xırda doğranmış yağla ovun. Xama qatıb yumşaq xəmir yoğurun. Əgər xəmir bərk alınıbsa, bir qədər də xama qatıb yumşaldın. 

Qida plyonkasına büküb soyuducuda 1 saat saxlayın (1 gecə saxlayanda daha yaxşı olur). 

Əgər xəmir soyuducuda həddən artıq bərkiyibsə, otaq temperaturunda 30 dəqiqə saxlayın. 

3-4 yerə bölün. 

Un səpilmiş masada 3 mm qalınlıqda düzbucaqlı yayın. 

7x7 sm ölçüdə kvadratlara kəsin. Ortasına mürəbbə qoyub boru kimi bükün, kənarlarını bitişdirə də bilərsiniz. Sonra ortasına bir barmağınızı qoyub iki kənarından azca qabağa basın. 

200 dərəcə qızdırılmış sobada 15-25 dəqiqə bişirin. 

Vanilli-şəkərli pudraya batırın. 

Nuş olsun! 

resept: "Aliyənin kulinariya kitabı"

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 












Tags:  Kiflik FOTO

RƏYLƏR


Top news