İki gəmi toqquşdu: 15 nəfərdən xəbər yoxdur

İki gəmi toqquşdu: 15 nəfərdən xəbər yoxdur
08:57 20 Noyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Tuban şəhərinin yaxınlığında Yava dənizində KM Mulya Sejati balıqçı gəmisi ilə MV Tayson 4 gəmisi toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, balıqçı gəmisində 27 nəfər olub. Toqquşmadan dərhal sonra MV Tayson 4 gəmisi 12 nəfəri sudan çıxarsa da, 15 nəfər itkin düşüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, axtarış-xilasetmə əməliyyatları davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR