"Neftçi"nin "Sumqayıt"ı keçmək, "İnter"in qələbə arzusu

"Neftçi"nin "Sumqayıt"ı keçmək, "İnter"in qələbə arzusu
09:12 20 Noyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, keçiriləcək son iki qarşılaşmadan biri Sumqayıtda, digəri isə paytaxtda baş tutacaq.

Turnir cədvəlinin qonşuları "Neftçi" və "Sumqayıt" ikinci oyun günündə meydana çıxacaqlar. Sonuncuların meydanında baş tutacaq qarşılaşmada bakılılar rəqibi arxada qoymağa çalışacaqlar. Bunun üçün Elxan Abdullayevin yetirmələri 3 xal əldə etməlidirlər. 5 turdu qələbə nə olduğunu bilməyən Samir Abasovun komandası uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq. 
 
Həftəyə paytaxt derbisi ilə yekun vurulacaq. Liderləri izləyən "İnter" çempionatın autsayderi AZAL-ı qəbul edəcək. 15 turdur qələbəyə həsrət qalan qonaqlar sensasiya ümidi ilə "İnter Arena"ya çıxacaqlar. "Bankirlər" isə mükafatlar uğrunda mübarizədə vacib xallar qazanmalıdırlar. İlk məğlubiyyətini ötən tur alan Zaur Svanadzenin yetirmələri həmin yenilginin təsadüf olduğunu sübut etmək üçün güclərini autsayderə göstərməlidirlər.

Topaz Premyer Liqası
XII tur
 
20 noyabr (bazar)

14:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu

16:00. "İnter" - AZAL
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov 
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov 
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
"İnter Arena"
 
Turnir cədvəli

1.

Qəbələ

12

8

4

0

27-4

28

2.

Qarabağ

12

9

1

2

24-5

28

3.

İnter

11

5

5

1

17-11

20

4.

Zirə

12

4

2

6

10-13

14

5.

Kəpəz

12

2

6

4

7-11

12

6.

Sumqayıt

11

2

4

5

9-17

10

7.

Neftçi

11

3

0

8

9-25

9

8.

AZAL

11

0

4

7

4-21

4

Bombardir: Baqali Dabo ("Qəbələ") - 7

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR