"Pullar "paçka"da gəlirdi, saymırdım"

"Pullar "paçka"da gəlirdi, saymırdım"
10:47 20 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

İstintaq materiallarından göründüyü kimi, "Rabitə çetesi" üzrə 11 nəfərdən ibarət dəstə üzvlərinin qanunsuz pul vəsaitlərinin toplanması üçün aralarında əvvəlcədən razılaşma olub. Proseslərin aparılma qaydası, üsulu, pulların bölüşdürülməsi "peşəkarcasına" həyata keçirilib. Hətta bir-birlərinə o qədər etibar ediblər ki, "paçka"da gətirilən məbləğləri belə saymayıblar...

Virtualaz.org saytı xəbər verir ki, 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Aztelekom" İstehsalat Birliyinin sabiq sədri, hazırda həbsdə olan Məhəmməd Məmmədov istintaqa verdiyi ifadəsində yığılan pullardan xəbəri olsa da, proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyəti olmadığını deyib.

Sabiq sədr ifadəsində bildirib ki, 2015-ci ildə "Aztelekom" İstehsalat Birliyinin bazasında "Aztelekom" MMC təsis edilib. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qurumu olduğundan adıçəkilən MMC-nin fəaliyyətinə Nazirliyin rəhbərliyi - Əli Abbasov, müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, Aparat rəhbəri Vidadi Zeynalov nəzarət ediblər. İ.Məmmədov texniki məsələlərə, E.Vəlizadə informasiya texnologiyalarına, V.Zeynalov isə maliyyə məsələlərinə nəzarət edib:"Baş mühasib Oqtay Rüstəmov Nazirliyin nomenklaturası olduğuna görə birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Vidadi Zeynalov Oqtay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pulları toplayıb ona təqdim etsin".

Sabiq sədr bildirib ki, Oqtay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay 500 min manat, 2014-2015-ci illərdə aylıq 200 min manat pul verilib. Toplanılan pullardan xəbəri olsa da, proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyəti olmayıb.

Həmçinin ifadəsində qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan struktur qurumlardan biri də beynəlxalq trafik mübadiləsini təşkil edən "Azintelekom"MMC olub. Beynəlxalq telefon danışıqlarının mübadiləsi "Azintelekom" MMCilə "Aztelekom" MMC arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib: "Beynəlxalq danışıq trafikinə görə xidmət göstərdiyi üçün "Azintelekom" MMC-dən "Aztelekom"MMC-nin hesabına aylıq 1-2 milyon arası vəsait köçürülüb. Köçürülən vəsait birbaşa və ya dolayısı yolla Vidadi Zeynalova ödənilib. Vidadi Zeynalov baş mühasib Oqtay Rüstəmova göstəriş verdiyi üçün onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülən vəsaitlərin müəyyən hissəsi "Optik Rabitə Montaj", "Optik Rabitə Tikinti və Quraşdırma", "Rabitəçi İstirahət Bazası", "Qafqaz-S İnşaat" və "Komplas" MMC-lərinhesabına köçürülməkləmüxtəlif müqavilələr əsasında baş mühasib tərəfindən Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsilə aparılıb".

"Aztelekom" MMC epizodu üzrə dindirilən Vidadi Zeynalov isə ifadəsində göstərib ki, nazir Əli Abbasov tərəfindən baş direktor Məhəmməd Məmmədova tapşırıq verilib ki, hər ay 500 min manat versin. Göstərişə əsasən, 2009-cu ildən etibarən "Aztelekom" MMC-dən stabil olaraq 500 min manat gətirilib. Pulları hər ayın sonunda ya Məhəmməd Məmmədov, ya köməkçisi Qulu, ya da ki, baş mühasib Oqtay Rüstəmov gətirib verib. M.Məmmədov özü nazir Əli Abbasovun qəbuluna gedib və verəcəyi pulun miqdarı barədə onu məlumatlandırıb. Nazirin qəbulundan çıxandan sonra isə V.Zeynalovun yanına gələrək baş mühasibin onunla əlaqə saxlayacağını deyirmiş: "Baş mühasib zəng vurur, sonra çantayla yanıma gəlirdi, pulları verib gedirdi. Heç vaxt saymırdım, çünki pullar "paçka" şəklində olurdu, düz olduğuna inanırdım. 2009-cu ildən 2013-cü ilə kimi hər ay 500 min, 2014-cü ildən isə aylıq 200 min manat verilirdi".

V.Zeynalov deyib ki, onlara verilən puldan əlavə, M.Məmmədovun özünə 50 min manat qalıb.

Sabiq aparat sədri deyib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi, "Aztelekom" MMC-də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilməsi yolu əldə etdiyi vəsaitin bir hissəsini ona verib. "Aztelekom" MMC-nin tabeçiliyində olan telekommunikasiya qovşağından 2009-2015-ci illər ərzində vəsaitlərin köçürüldüyü"Optik Rabitə Tikinti və Quraşdırma" MMC Namazalı Məmmədova, "Qafqaz-S İnşaat" MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova, "P.L.Z" MMCdostu Mahmuda məxsus olub.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tramp: "Səmərəsiz olan bütün sazişləri ləğv edəcəyəm"

30 Aprel 2017 07:44

Bakıda sex yanıb

30 Aprel 2017 07:36

Dünyanın ən uzun göydələni tikiləcək - FOTO

30 Aprel 2017 07:32

Bu ölkədə fövqəladə vəziyyət müddəti uzadıldı

30 Aprel 2017 07:28

Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

30 Aprel 2017 07:17

Çində ağır yol qəzası: 12 ölü, 10 yaralı

30 Aprel 2017 07:15

Şou-biznesin plastik əməliyyat etdirən məşhurları

30 Aprel 2017 06:57

Tramp iqlim razılaşmasını tənqid etdi

30 Aprel 2017 06:54

Tayvanda 6 bal gücündə zəlzələ olub

30 Aprel 2017 06:52

Zərdabda qoyun oğruları saxlanıldı

30 Aprel 2017 06:33

Ağ interyerli mənzil - FOTO

30 Aprel 2017 06:32

Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

30 Aprel 2017 06:22

10 000 məmur saxta diploma görə işdən qovuldu

30 Aprel 2017 06:09

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ...

30 Aprel 2017 05:33

Sidneydə taunhaus - FOTO

30 Aprel 2017 05:32

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09