Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya İsveçrəyə nota verdi

Rusiya İsveçrəyə nota verdi

Avropa Birliyi Türkiyəyə nota verdi (23 Mart 2017 18:03)
Çavuşoğlu İsveçrəyə səfərini təxirə saldı (12 Mart 2017 07:04)

Tarix: 20 Noyabr 2016 10:48

Rusiyanın İsveçrədəki səfirliyi İsveçrəyə məxsus qırıcı təyyarənin “Rossiya” xüsusi uçuş qrupunun təyyarəsinə yaxınlaşdığına görə bu ölkənin Federal Xarici İşlər Departamentinə etiraz notası verib.

TASS xəbər verir ki, səfirlik insidentlə bağlı təəccüb ifadə edib və məsələyə aydınlıq gətirilməsini xahiş edib. Məlumata görə, təyyarənin İsveçrə üzərindən uçuşuna əvvəlcədən razılıq alınmışdı.

Qeyd edək ki, Rusiya təyyarəsinə yaxınlaşan İsveçrə qırıcıları onu Fransa sərhədinədək müşayiət ediblər.

Rusiya təyyarəsinin göyərtəsində Asia Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində prezident Vladimir Putini müşayiət edən nümayəndə heyətinin üzvləri və jurnalistləri olub.


Teqlər:  Rusiya İsveçrəyə nota verdi



RƏYLƏR


Top xəbərlər