"Pulu çatdırmasan, oğlunu bir daha görməyəcəksən"- Çovdarov biznesmenin oğlunu necə qaçırdı?

"Pulu çatdırmasan, oğlunu bir daha görməyəcəksən"- Çovdarov biznesmenin oğlunu necə qaçırdı?
10:49 20 Noyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Qubada 15 il əvvəl oğlunu öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib (22 May 2017 16:32)
Bakıda sərxoş ana 5 yaşlı oğlunu vəhşicəsinə döydü (19 May 2017 16:59)
Bakıda ana küçədə 5 yaşlı oğlunu vəhşicəsinə döydü - VİDEO (19 May 2017 16:32)

Ləğv edilmiş MTN-in yüksək rütbəli şəxsləri ilə bağlı açılan cinayət işlərindən ortaya çıxan epizodlardan bəlli olur ki, nazirlik əməkdaşları vəzifə səlahiyyətlərindən istifadə edərək talamaq və gəlir gətirmək məqsədi ilə Bakıda çoxmərtəbəli bina tikintisi ilə məşğul olan iş adamlarından bəzilərini özlərinə qurban seçiblər. Bu soyğunlarda adı ən çox hallanan şəxs isə MTN generalı Akif Çovdarovdur. Çovdarovun qurbanı olan həmin iş adamlarının bəziləri isə MTN generalının “toruna düşdükdən” bir neçə il sonra müxtəlif səbəblərlə həbsə düşüblər. Dələduzluq ittihamı ilə həbsə düşən həmin biznesmenlərin cinayət işindən məlum olur ki, onlar tikdikləri binalardakı evləri bir neçə vətəndaşa satmaqla vətəndaşlara külli-miqdarda ziyan vurublar. Bəs niyə? Ölkədə kifayət qədər gəlirli sahə olan tikinti biznesi ilə məşğul olan şəxs əlində bina tikəcək qədər pulu olduğu halda sadə vətəndaşları niyə aldatmaq həvəsinə düşüb?

Lent.az MTN generallarının qurbanı olduqdan sonra dələduzluq ittihamı ilə həbsə düşən həmin iş adamlarının cinayət işlərindən epizodlar təqdim edir.

Belə ki, Çovdarov və dəstəsinin qurbanlarından olan  “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Çovdarovun cinayət işi üzrə istintaqa zərərçəkmiş şəxs kimi ifadə verən Nəsib Əliyev bildirib ki, MTN generalına ümumilikdə 430 min dollar və 1 milyonluq manatlıq mənzil verib.

Nəsib Əliyev ilk dəfə 2006-cı ildə Çovdarov və dəstəsinin “radar”ına düşüb. Belə ki, 2006-cı ildə MTN əməkdaşları onun ofisinə gələrək nazirliyə çağırıblar. Nazirlikdə onu Çovdarov qəbul edib və ondan 100 min dollar pul tələb edib. Müəyyən danışıqdan sonra 80 min dollara razılıq əldə olunub.  Nəsib Əliyev pulu sabahı gün  Akif Çovdarova çatdırıb. 

Çovdarov 2007-ci ildə Nəsib Əliyevin oğlunu yoldan qaçırdaraq MTN-ə gətirdib. Oğlunun dalınca gələn sahibkar Çovdarovla görüşüb. Oğlunu bir də görə bilməyəcəyi hədəsi ilə Çovdarov ondan daha 500 min dollar tələb edib. Uzun sürən söhbətlərdən sonra 350 min dollara razılıq əldə edilib. Zərərçəkən qohumdan-əqrabadan topladığı borcla Çovdarova 350 mini verib və oğlunu həbsdən xilas edib.

Nəsib Əliyev bununla da Çovdarovun caynağından qurtula bilməyib. 2009-cu ildə Çovdarov onu başqasının əmlakını ələ keçirmə adı ilə yenidən MTN-ə gətizdirib. Ona hədə-qorxu gələrək 1 milyon pul tələb edib. O qədər pulunun olmadığını deyən Nəsib Əliyev bunun əvəzində 1 milyonluq mənzil verməsi təklifi ilə razılaşmalı olub. Nəsib Əliyev 1 milyonluq mənzili Çovdarovun yaxınlarının adına keçirib.

Daha bir zərərçəkmiş və zərərvurmuş şəxs isə “AzərTikinti ATF”MMC-nin rəhbəri Azər Quliyevdir. O da vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu iş adamının taleyi isı digərlərindən daha ağır olub. Belə ki, 2015-ci ilin avqust ayında Azər Quliyev cəza çəkdiyi  həbsxanada dünyasını dəyişib.

Azər Quliyev zərərçəkən kimi istintaqa ifadəsində bildirib ki, 2008-ci ilin fevral-mart aylarında Akif Çovdarov digər dəstə üzvü Səlim Məmmədovun vasitəsi ilə 2008-ci ilin fevral ayında onu MTN-ə çağırıb. A. Çovdarov A. Quliyevin 8 saat ərzində yaxın qohumları, ailə üzvləri ilə əlaqə saxlamasına imkan vermədən hərəkət sərbəstliyini məhdudlaşdırıb nazirlik əməkdaşlarının xidməti otaqlarında, dəhlizdə saxlamaqla qanunsuz azadlıqdan məhrum edib.

A. Çovdarov xidməti otağında onunla görüşərək qarşılıqlı biznes əlaqələrinə malik olduğu şəxslərlə aralarında yaranmış borc öhdəliyi barədə məlumatları bəhanə edərək, “Orxan” MMC ilə bağladığı müqavilə əsasında Bakı şəhəri Telnov küçəsi 2347/48-ci məhəllədə inşa etdiyi 16 mərtəbəli yaşayış binasından saxta sənədlərlə ayrı-ayrı şəxslərə təkrar mənzillərin satışına görə barəsində cinayət işi başlanılacağı, həbs ediləcəyi ilə şəxsən hədələyib və 1 200 000 ABŞ dolları məbləğində pul vəsaiti tələb edib. 2 mənzilin ona  verilməsi ilə razılaşıb. Bundan əlavə, 2008-c il martın 11-də Azər Quliyevi direktoru olduğu “Azərtikinti-ATF” MMC ilə “Babək-94” müstəqil kiçik müəssisəsi arasında bağlanılmış müqavilə əsasında inşa edilən Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 2942a məhəllə, M. Hadi və İ. Zülfüqarov küçələrinin arasında (hazırda Xudu Məmmədov küçəsi, 34) inşa edilən yaşayış binasında öz payına düşən 62 860 manat dəyərində 89,8 kvadrat metr ölçüdə olan və bazar dəyəri 115 500 manat təşkil edən həmin ölçüdə mənzilləri dəstə üzvü Səlim Məmmədovun yaxın münasibətlərdə olduğu Bağırov Kazım Alməmməd oğlunun adına sənədləşdirilməsi ilə hər iki mənzili dəyəri ödənilmədən əvəzsiz sürətdə hədə-qorxu ilə əldə edib.

 

Həmçinin 2008-ci il mart ayında Səlim Məmmədov Bakı şəhəri 8-ci kilometr yaşayış massivi, “Borçalı” şadlıq sarayının yaxınlığında Azər Quliyevlə görüşüb ondan hədə-qorxu ilə müvafiq dövrün məzənnəsinə görə 12 478 manata bərabər 15 000 ABŞ dolları alıb. Bununla onlar özgənin külli miqdarda pul vəsaiti və əmlakını mütəşəkkil dəstə tərkibində təkrarən hədə-qorxu ilə tələb edib ələ keçirməklə fiziki və hüquqi şəxslərin hüquqlarına, mənafelərinə, həmçinin, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurublar.  

Çovdarovun tikinti qurbanların biri də “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovdur. İlham Qasımov da külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilib. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baxılır. Prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında İlham Qasımovun 13 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Yaxın günlərdə İlham Qasımova hökm oxunacaq.

İlham Qasımov Çovdarovun cinayət işi üzrə istintaqa zərərçəkmiş şəxs qismində ifadə verərək bildirib ki, 2007-ci ildə Akif Çovdarov qardaşı İslam Qasımovu MTN-ə aparıb. Ona müxtəlif cür təzyiqlər edib. Bundan sonra Çovdarov İlham Qasımovu da nazirliyin binasına dəvət edib, qardaşının bədəninə elektrik cərəyanı verməklə işgəncə edəcəyi barədə hədə-qorxu gələrək 500 min dollar tələb edib. Tərəflər arasında söhbətdən sonra 250 min dollara razılıq olub. İlham Qasımov bu pullu birbaşa Çovdarova verib.

Üstündən 2 il keçəndən sonra Çovdarov yenidən İlham Qasımovu tələyə salıb. Ofisində odlu silah aşkarlanacağı ilə hədələyərək onu MTN-ə gətizdirib. Onun barəsində cinayət işi açılacağı barəsində hədə-qorxudan sonra İlham Qasımov Çovdarova yenidən 250 min dollar verməli olur.

İlham Qasımov bununla da Çovdarovun əlindən qurtula bilmir. 2011-ci ildə yenidən İlham Qasımov həbslə hədələnir.  İlham Qasımov bu dəfə 200 min dolları Akif Çovdarova verir.

 İlham Qasımov 2015-ci ilin əvvəllərində yenidən Çovdarovla üz-üzə gəlir. Çovdarov onun oğlu Nurlan Qasımlını narkotik maddələrin qanunsuz dövriyyəsi adı altında həbs etdirir. İlham Qasımov nazirliyə dəvət olunur. Çovdarov bu dəfə 300 min dollar tələb qoyur. İlham Qasımov isə həmin məbləği verməyəcəyini deyir. Aparılan söhbət əsasında sonda 50 min dollara razılıq əldə olunur. 

...və yuxarıda adı çəkilən biznesmenlər bu hadisələrdən bir neçə müddət sonra dələduzluqda təqsirləndirilərək həbs edilir. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Van Dammın 25 yaşlı qızı - FOTO

22 May 2017 21:37

Çiyələk və gilas 87 manata - ŞOK QİYMƏTLƏR - FOTOLAR

22 May 2017 21:33

"İran heç vaxt nüvə silahına malik olmayacaq"

22 May 2017 21:32

Gəzinti Alzheymer xəstəliyinin riskini azaldır

22 May 2017 21:32

Bəyazın verilişində 35 yaşlı dünya gözəlindən möhtəşəm RƏQS - VİDEO

22 May 2017 21:32

İslam Oyunlarının bağlanış mərasimi başlayıb -

22 May 2017 21:28

Sizcə, bunlar nədir? - FOTO

22 May 2017 21:27

Ət və şokolad yeyəndə... depressiyaya düşürsən

22 May 2017 21:27

Ananın qabırğa sümüklərindən oğlu üçün qulaq hazırlandı - DÜNYADA İLK - VİDEO

22 May 2017 21:23

Bu meyvə xərçəngin qarşısını alır - BİLMƏDİYİNİZ FAYDALARI

22 May 2017 21:17

Ekstrasens Məlahət tapıldı və elə şeylər dedi ki...

22 May 2017 21:12

"Həmin gənclərə sözüm odur ki..." - FOTO

22 May 2017 21:12

7 xəstəliyə çarə olan QIZILI YAĞ

22 May 2017 21:12

Məşhur mütəxəssis Premyer Liqa klubundan qovuldu

22 May 2017 21:07

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

22 May 2017 21:05

Arvadı Trampı İsraildə biabır etdi - VİDEO

22 May 2017 21:03

Azərbaycan və BƏƏ XİN başçıları arasında görüş keçirilib

22 May 2017 21:02

Qadınların həyatdakı ən gözəl vəzifəsi… -

22 May 2017 21:00

"Qonşuda yatırıq ki, sel bizi aparar" - Şamaxıda leysan - VİDEO - FOTO

22 May 2017 20:57

Tramp: “İran buna heç vaxt nail olmayacaq”

22 May 2017 20:53

İslamiadanın bağlanış mərasimi necə olacaq?

22 May 2017 20:52

Açılışa alt paltarında gəldi - FOTO

22 May 2017 20:52

Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının detalları açıqlandı -

22 May 2017 20:50

Tramp: “İran Obamaya minnətdar olmalıdır”

22 May 2017 20:49

35 milyonluq ulduz "Real"dan gedir? - RƏSMİ

22 May 2017 20:47

23 yaşlı qız onu zorlamaq istəyən kişinin cinsiyyət orqanını kəsdi - VİDEO - FOTO

22 May 2017 20:47

Bakı Olimpiya Stadionunda möhtəşəm konsert başladı

22 May 2017 20:38

"Oyunlar İslam Ümmətində həmrəyliyin güclənməsinə öz töhfəsini verəcək"

22 May 2017 20:32

Səmranın sinə dekolteli geyimi - FOTO

22 May 2017 20:32

Prezident İlham Əliyev BƏƏ-nin nümayəndə heyətini qəbul edib

22 May 2017 20:31

Ötən il 31 milyon insan öz evlərini tərk edib - SƏBƏB

22 May 2017 20:27

"Kimdə sənətə qarşı canfəşanlıq qalıb?" - Elnur - FOTO

22 May 2017 20:27

İslamiadaya görə veriləcək mükafatın məbləği - 25 milyon 650 min

22 May 2017 20:27

"Belə bir adamı artıq tanımıram"

22 May 2017 20:22

Elmar Məmmədyarov və BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri mətbuata birgə açıqlama veriblər

22 May 2017 20:22

Türkiyədə “Microsoft”a qarşı cinayət işi açılıb

22 May 2017 20:22

İslam Oyunlarının bağlanış mərasiminin detalları məlum oldu

22 May 2017 20:17

“Çevriliş cəhdi ilə...” - Qiyamın əsas şübhəlisindən İLK İFADƏ

22 May 2017 20:13

Bütün gecə hər kəsin gözü onda oldu - FOTO

22 May 2017 20:12

Cənubi Koreyalı turist: Bakı İslam Həmrəyliyi Oyunları maraqlı tamaşadır

22 May 2017 20:08

Dərman qutusundan narkotik vasitə və psixotrop maddələr çıxıb

22 May 2017 20:08

Bakı klubunda "Xəzər Lənkəran"dakından 15 dəfə az qazanıb - FOTO

22 May 2017 20:07

Adam qanına susayan PREZİDENT, iyulda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

22 May 2017 20:03

Naxçıvanda torpaqların öyrənilməsi üçün 150-dən çox ekspedisiya təşkil olunub

22 May 2017 20:02

“Finalda uduzsaydıq, bunu həzm edə bilməzdik"

22 May 2017 19:59

Gömrükdə 4 min ədəd siqaret aşkar edilib

22 May 2017 19:55

İslamiadanın bağlanış mərasiminin DETALLARI

22 May 2017 19:54

"Çovğun hamısını apardı" - İsmayıllıda qasırğa - VİDEO - FOTO

22 May 2017 19:52

Ruhani: Azərbaycan İranın ən yaxşı qonşusudur

22 May 2017 19:50

Kərimi anasının qəbrinə yaxın buraxmadılar -

22 May 2017 19:50