Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xalq artisti Gəncədə dəfn ediləcək

Xalq artisti Gəncədə dəfn ediləcək

Date: 20 November 2016 11:32

Xalq artisti, dirijor Nəriman Əzimov bu gün Gəncədə dəfn ediləcək.

Bu barədə APA-ya "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov verib.
 
R. Qasımov bildirib ki, N. Əzimov öz vəsiyyətinə uyğun olaraq anasının məzarının yanında torpağa tapşırılacaq. N. Əzimovla vida mərasimi bu gün saat 12.00-da Yeni Yasamal 1 ünvanındakı evində olacaq.
 
Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib.  Prezident təqaüdçüsü olan N. Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. 

Milli.Az


Tags:  Xalq artisti Gəncədə dəfn ediləcək

RƏYLƏR


Top news