Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Onu hesabdan erkən silmişdilər"

"Onu hesabdan erkən silmişdilər"

Date: 20 November 2016 11:47

"Manchester City"nin "Crystal Palace" ilə səfər qarşılaşması (2:1) bu mövsüm Premyer Liqada ilk matçına çıxan Yaya Turenin benefisi kimi yadda qaldı. Dubla imza atan təcrübəli havbek haqsız yerə komandadan uzaqlaşdırılmasını sübut etdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki,  onun agenti Dmitri Selyuk matçdan sonra bunları deyib:

"Ləng və yaşlı Yaya Ture "Manchester City"ni qələbəyə apardı. Düzü, Tureni hesabdan erkən silmişdilər. O, komandanın tərkib hissəsidir. Bunu Qvardiola da anlayır. O, Tureni əsas heyətdə meydana buraxdı və nəticəsini gördü. Qvardiola ilə münasibətlərimiz normallaşıb. Bütün incikliklər kənara qoyulub. Xosepə "bağışla" demirəm. Ona "çox sağ ol" deyirəm ki, Tureyə güvəndi. Futbolçu da etimadı layiqincə doğrultdu".

Milli.Az


Tags:  Onu hesabdan erkən silmişdilər

RƏYLƏR


Top news