Xalq artisti Gəncədə dəfn olunacaq

Xalq artisti Gəncədə dəfn olunacaq
11:53 20 Noyabr 2016
70 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, dirijor Nəriman Əzimov bu gün Gəncədə dəfn ediləcək.

Publika.az xəbər verir ki, bu barədə APA-ya “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov verib.

R. Qasımov bildirib ki, N. Əzimov öz vəsiyyətinə uyğun olaraq anasının məzarının yanında torpağa tapşırılacaq. N. Əzimovla vida mərasimi bu gün saat 12.00-da Yeni Yasamal 1. ünvanındakı evində olacaq.

Qeyd edək ki, 80 yaşlı N.Əzimov uzun sürən xəstəlikdən sonra noyabrın 19-da vəfat edib. Prezident təqaüdçüsü olan N. Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR