Fransa Estoniyaya qoşun yeridir – Rəsmi

Fransa Estoniyaya qoşun yeridir – Rəsmi
12:18 20 Noyabr 2016
98 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Müdafiə naziri Jan İv Le Drian estoniyalı həmkarı Hannes Hanso ilə görüşü zamanı bu ölkəyə 300 hərbçi və 5 tank göndəriləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, NATO-nun bu ilin iyul ayında Varşavada keçirilən sammitində Latviya, Litva, Estoniya və Polşada batalyonların yerləşdirilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, Latviyada yerləşdiriləcək batalyonun əsasını Kanada hərbçiləri, Litvada – Almaniya, Estoniyada – Böyük Britaniya, Polşada isə ABŞ hərbçiləri təşkil edəcək.

Estoniyada 2017-ci ilin birinci yarısında yerləşdiriləcək NATO batalyonu, 800-ü britaniyalı, 300-ü isə fransalı hərbçi olmaqla 1100 hərbçidən ibarət olacaq. Sonradan fransızları danimarkalıların əvəz edəcəyi planlaşdırılır. Böyük Britaniya həmçinin “Varrior” döyüş maşınları, “Çellenger 2” tankları və kəşfiyyatçı pilotsuz uçan aparatlar ayıracaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR