Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabah Bakıya sulu qar yağacaq

Sabah Bakıya sulu qar yağacaq

Date: 20 November 2016 12:37

Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 21-i üçün Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın regionlarında gözlənilən hava şəraiti açıqlanıb.
"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Məlumata görə, yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti,
Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 783 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.


Tags:  Sabah Bakıya sulu qar yağacaq

RƏYLƏR


Top news