Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşın ağaca çırpıldı: ölən və yaralılar var

Maşın ağaca çırpıldı: ölən və yaralılar var

Date: 20 November 2016 12:47

Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində "Renault" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Tags:  Maşın ağaca çırpıldı ölən yaralılar var

RƏYLƏR


Top news