Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sumqayıtda maşın ağaca çırpılıb, sürücü ölüb

Sumqayıtda maşın ağaca çırpılıb, sürücü ölüb

Date: 20 November 2016 12:47

Bakı. 20 noyabr. REPORT.AZ/ Səhər saatlarında Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “Renault” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Tags:  Sumqayıtda maşın ağaca çırpılıb sürücü ölüb

RƏYLƏR


Top news