Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xaçmazda avtomobil oğurlanıb

Xaçmazda avtomobil oğurlanıb

Date: 20 November 2016 13:12

Xaçmaz şəhərində avtomobil oğurluğu hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, şəhərin Bakı prospektində rayonun Qusarçay kənd sakini Gündüz Fərhadovun etibarnamə əsasında idarə etdiyi "VAZ 21-10" markalı avtomobili qaçırılıb.
Hadisənin kim tərəfindən törədildiyindən xəbərsiz olan sürücü bu barədə polisə məlumat verib. Xaçmaz Polis Şöbəsi əməliyyatçılarının axtarış tədbirləri nəticəsində avtomobilin Siyəzən şəhər sakini, 32 yaşlı Əzizağa Nadirov tərəfindən qaçırıldığı müəyyən edilib. Gündüz Fərhadova məxsus avtomobil isə bir neçə saatdan sonra Abşeron rayonu ərazisində atılmış halda tapılıb.
Hazırda hadisəni törədən şəxs axtarışdadır.

Milli.Az


Tags:  Xaçmazda avtomobil oğurlanıb

RƏYLƏR


Top news