Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində "Renault" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki,
qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan
məlumata əsasən, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin
xilasediciləri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış
vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən
Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə
təhvil veriblər.