Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qara dənizin Rusiya dənizi halına gəlməsinə göz yuma bilmərik"

"Qara dənizin Rusiya dənizi halına gəlməsinə göz yuma bilmərik"

Date: 20 November 2016 14:32

"Ultra miqrasiya problemi yaşaya bilərik".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasındakı çıxışında  Alyansın dəniz qüvvələri komandanı, vitse-admiral Klayv Conston bildirib.
 
Aralıq dənizi ətrafında  cərəyan edən və NATO üçün də təhdid yaradan miqrasiya problemi barədə danışan NATO dəniz qüvvələrinin komandanı deyib ki, indi bir gündə minlərlə insanın qaçqın statusuna düşdüyü bir dönəmdə yaşayırıq: "Lazımi tədbirlər görülməzsə, gündə 1 milyon insanın miqrasiya edə biləcəyi vəziyyət yarana bilər. Bunun adı "ultra miqrasiya" olacaq".
 
Çıxışında NATO-Rusiya münasibətlərinə də toxunan ingilis vitse-admiral Rusiya ilə dialoqun davam etdirilməsinə tərəfdar olduqlarını vurğulayıb :"Biz Rusiya ilə müzakirələr aparmalı, dialoqu davam etdirməliyik. Ancaq eyni zamanda Rusiyanın nə etmək istədiyini də anlamalıyıq. Rusiya da atdığı addımlar bərədə NATO-nu məlumatlandırmalıdır".
 
Rusiyanın Qara dənizdəki hərbi fəaliyyətlərindən narahatlıq duyduqlarına söyləyən K.Conston Qara dənizin Rusiya dənizi halına gəlməsinə göz yuma bilməyəcəklərini vurğulayıb: "Qara dəniz oranın sahilində olan NATO üzvü ölkələrin - Türkiyə, BolqarıstanRumıniya xalqlarının da  müştərək sərvətidir".

Milli.Az


Tags:  Qara dənizin Rusiya dənizi halına gəlməsinə göz yuma bilmərik

RƏYLƏR


Top news