İraqda 20-dən çox İŞİD terrorçusu məhv edilib

İraqda 20-dən çox İŞİD terrorçusu məhv edilib
14:52 20 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 noyabr. REPORT.AZ/ Beynəlxalq anti-terror koalisiyasının aviasiyası İraqın Ənbar əyalətində İŞİD terror qruplaşmasının 20-dən çox yaraqlısını məhv edib.
“Report” xəbər verir ki, bu barədə general Qasim əl-Məhəmmədiyə istinadən “Əl Sumaria” telekanalı məlumat yayıb.
"23 İŞİD yaraqlısı terrorçuların iki qərargahına endirilən hava zərbələri nəticəsində zərərsizləşdirilib", - deyə telekanal Əl-Məhəmmədinin sözlərini sitat gətirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqda-20-den-cox-i-si-d-terrorcusu-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR