Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hansını daha çox yeyək: meyvə, yoxsa tərəvəz?

Hansını daha çox yeyək: meyvə, yoxsa tərəvəz?

Date: 20 November 2016 15:22

İndiyə qədər dietoloqlar hər gün meyvə və tərəvəz yeməyi tövsiyə edirdilər.

Milli.Az ATV.az-a istinadən bildirir ki, son araşdırmalar bu tövsiyəyə müəyyən dəyişikliklər əlavə edib. İngiltərə alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, tərəvəzlər meyvələrdən daha faydalıdır. Meyvələrin isə müəyyən mənfi tərəfləri var. Bu səbəbdən dietoloqlar gün ərzində  3 porsiya tərəvəz + 2 porsiya meyvə və 4 porsiya tərəvəz + 1 porsiya meyvə yeməyi tövsiyə edirlər.

Həkimlərin fikrincə, meyvələrin çoxlu miqdarda qəbulu qanda lipidlərin artmasına səbəb olur ki, bu da aterosklerozun riskini artırır.Tərəvəzlərdən fərqli olaraq meyvələr toxluq hissi yaratmır, əksinə, iştahı artırır. Bu isə artıq çəkinin yığılmasına səbəb ola bilər.  

Milli.Az


Tags:  Hansını çox yeyək meyvə tərəvəz

RƏYLƏR


Top news