Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Münhendə almaniyalıları miqrantlardan ayıracaq divar tikilir

Münhendə almaniyalıları miqrantlardan ayıracaq divar tikilir

Date: 20 November 2016 15:23

Tikilməkdə olan yeni divar tezliklə Almaniyanı iki hissəyə böləcək. Bu dəfə söhbət “Berlin divarı”ndan (Berlin divarı — Almaniya Demokratik Respublikası rəhbərliyi tərəfindən 13 avqust 1961-ci ildə Qərbi Berlin ətrafında ucaldılmış divar. Bu divarın ucaldılması ilə qədim alman paytaxt şəhərinin müttəfiq amerika, ingilis və fransız qoşunlarından tamamilə təcrid olunması gerçəkləşdirilmiş və 1948-ci ildə ikiyə bölünmüş Berlinin hissələri arasında əlaqə tamamilə kəsilmişdir.) deyil Münhen divarından gedir. Şəhərətrafı ərazilərdən birində hökumət tərəfindən daş divar tikilir. Divar yerli sakinləri buradaca qurulan miqrantlar üçün şəhərciyin sakinlərindən müdafiə etməlidir.

Publika.az interaztv-yə istinadən xəbər verir ki, Münhendə tikilən 5 metr hündürlüyə malik daş divar yerli sakinləri tezliklə burada yerləşəcək gənc miqrantlardan qorumağa hesablanıb. Hökumət Noyeperlah Züyd adlı şəhərətrafı ərazidə 160 tənha miqrant üçün yataqxana yerləşdirməyə qərar verdiyi zaman yerli sakinlər kampaniya keçirərək divarın ucaldılmasında israr ediblər. Bina yerli sakinlərin evlərinə 100 metrdən də az məsafədə yerləşəcək.

Yerli sakinlərin divar tikintisi üçün təqdim etdikləri arqumentlərdən biri evlərini uzun illər orada yaşaya biləcək miqrantların düşərgəsindən ayıracaq heç nə olmayacağı təqdirdə yaşadığı yerlərin qiymətinin aşağı düşəcəyidir. Yerli sakinlər bundan əlavə miqrantların “qeyri- mədəni davranış”larından və səs-küyə səbəb ola biləcəklərindən də söhbət açıblar. Münhenin İnzibati Məhkəməsi yerli sakinlərin divar çəkmək hüquqlarını təsdiqləyib.


Tags:  Münhendə almaniyalıları miqrantlardan ayıracaq divar tikilir

RƏYLƏR


Top news