Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da qar çovğunu nəticəsində 3 nəfər ölüb, 20 min ev işıqsız qalıb

ABŞ-da qar çovğunu nəticəsində 3 nəfər ölüb, 20 min ev işıqsız qalıb

Date: 20 November 2016 15:37

Bakı. 20 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Minnesota ştatında saatda 112 kilometrədək güclü küləklə müşayiət olunan qar çovğunu baş verib.
“Report” xəbər verir ki, təbii fəlakət nəticəsində 20 mindən çox ev işıqsız qalıb, 3 nəfər ölüb.
Amerika telekanallarının məlumatına görə, cümə-şənbə günləri qar örtüyünün hündürlüyü bir sıra rayonlarda yarımmetrə çatıb.
Ştatda 440 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 3 nəfər ölüb, onlarla insan yaralanıb.


Tags:  ABŞ-da qar çovğunu nəticəsində nəfər ölüb 20 min ev işıqsız qalıb

RƏYLƏR


Top news