Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BAXCP sədri Aslan İsmayılovu məhkəməyə verdi

BAXCP sədri Aslan İsmayılovu məhkəməyə verdi

Date: 20 November 2016 16:03

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ünvanına yazdığı təhqirlərə görə vəkil Aslan İsmayılov məhkəməyə verilib.

Axar.az xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı sosial şəbəkədə məlumat yayıb.

N.Orduxanlı A.İsmayılovun Q.Həsənquliyev barəsində yazdığı təhqirlərə görə qanun qarşısında cavab verəcəyini bildirib:

“Hər kəs şahid oldu ki, Qüdrət bəy yalnız İlham Rəhimovun ona qarşı yönələn ittihamlarına cavab verdi. Yəni, İlham Rəhimov özü danışdığı formada adekvat olaraq cavabını aldı... Ancaq Aslan İsmayılov İlham Rəhimova yaltaqlanmaq, yarınmaq üçün Qüdrət bəyə qarşı təhqirə əl atdı. Sanki bir fürsət gözləyirmiş kimi...”


Tags:  BAXCP sədri Aslan İsmayılovu məhkəməyə verdi


RƏYLƏR


Top news