Azərbaycan marşalları Bəhreyn avtomobil yarışlarının təşkilində iştirak ediblər

Azərbaycan marşalları Bəhreyn avtomobil yarışlarının təşkilində iştirak ediblər
16:12 20 Noyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Cari ilin iyun ayında Bakıda keçirilən "Formula 1" üzrə yarışlarda iştirak edən Azərbaycan marşalları və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri "World Endurance Championship" (WEC) avtomobil yarışları üzrə dünya çempionatının sonuncu yarışının keçirilməsi prosesində iştirak ediblər.

Milli.Az report.az-a istinadən bildirir ki, çempionatın sonuncu yarışları 17-19 noyabrda Bəhreynin Sakhir yarış trekində keçirilib.

Bundan başqa, Azərbaycan marşalları WEC-in dəstəkləyici yarışlar hesab edilən MRF və "Porsche Series" yarışlarının keçirilməsinə də öz töhfələrini veriblər.

Bəhreynə səfərin əsas məqsədi bu növ yarışlarda təcrübə qazanmaq və 2017-ci ildə ikinci dəfə Bakıda keçiriləcək "Formula 1" üzrə yarışlara hazırlıq işlərini müzakirə etmək olub.

Bakı marşallarının bir qismi bundan sonra 26-27 noyabrda BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçiriləcək "Formula 1" üzrə sonuncu Qran-pridə də iştirak edəcəklər.

Qeyd edək ki, dünənki Bəhreyn yarışında WEC çempionatının əsas kateqoriyası sayılan LMP1-də "Audi Sport Team Joest" komandasının Lucas di Grassi (Braziliya), Loic Duval (Fransa) və Oliver Jarvis (Britaniya) pilotları qalib gəliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR