Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bred Pit Colidən danışdı: "Onun içində iki adam var"

Bred Pit Colidən danışdı: "Onun içində iki adam var"

Date: 20 November 2016 16:17

Bir müddət əvvəl boşanaraq milyonlarla pərəstişkarında çoxsaylı suallar yaradan Ancelina Coli - Bred Pitt cütlüyü ilə bağlı yeni xəbər yayılıb. Milli.Az lent.az-a istinadən bildirir ki, "radaronline" saytı Bred Pittin Ancelina ilə 12 illik evliliyini əks etdirən səs yazısının olduğunu iddia edib. Həmin səs yazısı Bred Pittin media əlaqələndiricisi Ron Bard ilə söhbətləri əsasında toplanıb. Bildirilir ki, səs yazısında Bred Pitt Ancelina Coli ilə seks həyatı, onun davranışları kimi intim məsələlərə də toxunub. O, həm də yaxın dostu olan Rona deyib ki, Ancelina seks vaxtı özünü kəsib qanını onun üzərinə axıtmağı çox sevirmiş. Bu isə Bredin o qədər də xoşuna gəlmirmiş. 

Bredi narazı salan məsələlərdən biri də həyat yoldaşının günlərlə ac qalması və həddindən artıq arıqlaması olub: "O, günlərlə otağından çıxmırdı. Sanki içində iki adam vardı. Bəzən özünə ziyan ola biləcək şeylər edirdi".  

Milli.Az


Tags:  Bred Pit Colidən danışdı Onun içində iki adam var

RƏYLƏR


Top news