Ərdoğan NATO-ya xəbərdarlıq edib

Ərdoğan NATO-ya xəbərdarlıq edib
16:42 20 Noyabr 2016
269 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdində iştirakda şübhəli sayılan türkiyəli hərbçilərlə bağlı NATO-ya xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, R. T. Ərdoğan deyib ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqəli olan hərbçilərin, terrorçuların NATO-nun strukturlarında çalışması, yaxud NATO tərəfindən onlara sığınacaq verilməsi yolverilməzdir.
 
R. T. Ərdoğan terrorçuluqda günahlandırılan  və NATO-dan sığınacaq istəyən türkiyəli zabitlərin ekstradisiya olunmasını tələb etdiklərini vurğulayıb.
 
Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun müxtəlif strukturlarında çalışan Türkiyə ordusunun bir neçə zabiti sığınacaq istəyib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR