Kimyaçı alimimiz vəfat edib

Kimyaçı alimimiz vəfat edib
16:47 20 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan elminə ağır itki üz verib. Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Akif Həmid oğlu Əzizov 20 noyabr 2016-cı ildə vəfat edib.

Milli.Az report.az-a istinadən bildirir ki, Əzizov Akif Həmid oğlu 1943‐cü il noyabrın 2‐də Ağdərə rayonunun Umudlu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş (1960), M.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmiş və MDU‐nun Kimya fakültəsini bitirmişdir (1966).
A.Əzizov 1971‐ci ildə kimya üzrə fəlsəfə doktoru və 1991‐ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1992‐ci ildə professor elmi adını almışdır. 2001‐ci ildə Azərbaycan MEA‐nın müxbir üzvü, 2014‐cü ildə isə həqiqi üzvü seçilmişdir.
A.Əzizov aspirantura təhsilindən sonra elmi fəaliyyətinə Azərbaycan EA‐nın Neft‐Kimya Prosesləri İnstitutunda başlayaraq kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, 1988‐2014‐cü illərdə direktorun elmi işlər üzrə müavini vəzifələrində işləmişdir. O, 1972‐1985‐ci illərdə Neft kimyası üzrə ixtisaslaşmış şuranın sədr müavini, 2009‐2010‐cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya elmi üzrə Ekspert Şurasının sədri vəzifələrində çalışmışdır. 2014‐2016-cı illərdə AMEA‐nın Polimer Materialları İnstitutunun direktoru olmuş, 2016-cı ilin sentyabr ayından AMEA NKPİ-də baş elmi işçi vəzifəsində çalışmışdır.
A.Əzizov neft kimyası, kataliz və yüksək molekullu birləşmələr kimyası sahələri üzrə tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft‐kimya sintezi proseslərində metalkompleks və metalüzvi katalizatorların tətbiqi, oliqomerləşmə və polimerləşmə prosesləri üçün katalitik sistemlərin yaradılması, bir sıra yeni monomer və reaksiyaya qabil oliqomerlərin alınmasının, neft‐kimya və neft emalı proseslərində ion‐maye texnologiyalarının və s. elmi əsaslarının işlənib hazırlanması təşkil etmişdir.
A.Əzizov 600-dən çox elmi və publisistik əsərin, o cümlədən 73 müəlliflik şəhadətnaməsi və patentin, 20 monoqrafiya və kitabın müəllifidir. Onun elmi əsərlərinin 350‐si xaricdə çap olunmuşdur. Tanınmış beynəlxalq jurnallarda onun əsərlərinə istinad olunur. A.Əzizovun rəhbərliyi altında kimya üzrə 15 fəlsəfə doktoru, 3 elmlər doktoru müdafiə etmişdir.
A.Əzizov kimya üzrə bir sıra cəmiyyətlərin və Elmi Şuraların, o cümlədən Rusiya Elmlər Akademiyasının "Mineral və təkrar olunan karbontərkibli xammalın kimyası" Elmi Şurasının xarici üzvü, Nyu‐York Elmlər Akademiyası və Amerika Kimya Cəmiyyətinin üzvü, Dövlət Neft Şirkəti yanında neft emalı üzrə Elmi‐texniki Şuranın, AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri‐üzvi Kimya İnstitutunun nəzdində elmi dərəcələr verən İxtisaslaşmış Şuraların, AMEA‐nın "Neft kimyası, Kinetika və kataliz" Problem Şuralarının, "Azərbaycan Kimya Jurnalı", "Neft-kimyası və neft emalı prosesləri", "Elm dünyası" jurnallarının redaksiya heyətlərinin, eyni zamanda, Azərbaycanda yeni neft‐qaz və neft‐kimya kompleksinin qurulması üzrə ARDNŞ‐nin işçi qrupunun, Azərbaycan Respublikası Prezidenti yanında Elm Fondunun və ARDNŞ ilə AMEA‐nın birgə Elm fondunun ekspert komissiyalarının üzvü olmuşdur.
A.Əzizov SSRİ Elmlər Akademiyasının I dərəcəli diplomu, "Əmək rəşadəti" medalı, "Soros" Fondunun Fərdi Qrantı, AMEA‐nın Fəxri fərmanları, Azərbaycanın əməkdar elm xadimi fəxri adı, Azərbaycan Kütləvi informasiya vasitələri işçiləri və Həmkarlar İttifaqının Rəyasət Heyəti tərəfindən "Xalqın nüfuzlu ziyalısı" fəxri diplomu və ixtiraçılıq sahəsində Birinci Respublika müsabiqəsinin Birinci dərəcəli diploma, Azərbaycan Respublikası "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunmuşdur.
Akademik A.H.Əzizov özünün şöhrətli elmi məktəbini yaratmışdır. O, yüksək alimlik səviyyəsi ilə yanaşı gözəl insan idi, ədəbiyyatı, musiqini, incəsənəti çox sevirdi. A.H.Əzizovun Azərbaycan kimya elminin inkişafında xidmətləri əvəzsizdir.
Akademik A.H.Əzizov hər zaman dostlarının, tələbələrinin, onu tanıyanların yaddaşında, eləcə də Azərbaycan elm tarixində görkəmli alim, nəcib insan və böyuk şəxsiyyət kimi qalacaq, xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qanunsuz abort edən həkimlər daha ağır cəzalandırılacaq

30 May 2017 07:55

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Parisdə nümayiş olunub (FOTO)

30 May 2017 07:55

“Intel” yeni interfeysi yayacaq

30 May 2017 07:52

3 yaşınadək uşağını təkbaşına böyüdən kişiləri işdən çıxaranlar üçün cərimələr artırılır

30 May 2017 07:50

"Android"in yaradıcısı smartfon hazırlayıb

30 May 2017 07:42

3 dəfə artıq tutumlu akkumulyator hazırlandı

30 May 2017 07:37

İraqda partlayış - Ölən və yaralananlar var

30 May 2017 07:33

Toxunmuş bambukdan velosiped - FOTO

30 May 2017 07:32

Azərbaycanın qadın voleybol millisi dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır

30 May 2017 07:32

Süni intellekt şagirdlərin diqqətini izləyəcək - VİDEO

30 May 2017 07:22

Alyaskada 5,7 bal gücündə zəlzələ olub

30 May 2017 07:22

"Alibaba"da biometrik ödəniş olacaq

30 May 2017 07:12

Banqladeşdə qasırğaya görə bir milyona yaxın adam təxliyyə olunur

30 May 2017 07:02

Türkiyədə qadın deputat həbs edildi

30 May 2017 06:43

Tropik bitkilərlə bəzənmiş kafe - FOTO

30 May 2017 06:32

Şimali Koreya yenidən ballistik raketi sınaqdan keçirib

30 May 2017 06:22

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

30 May 2017 05:59

Şimali Koreya raket sınağı keçirdiyini təsdiqlədi

30 May 2017 05:43

Karli kamera qarşısında - FOTO

30 May 2017 05:37

Azərbaycandan Rusiyaya 40 ton kartof keçirilməsinin qarşısı alınıb

30 May 2017 05:22

Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - FOTO/VİDEO

30 May 2017 04:53

Bağdadda partlayış: 17 ölü, 22 yaralı

30 May 2017 04:43

Kendall yubiley sayında - FOTO

30 May 2017 04:32

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

30 May 2017 04:27

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 03:58

İngiltərədə pələng zoopark işçisinə hücum edib -

30 May 2017 03:35

Türkiyədə qadın deputat tutuldu

30 May 2017 03:34

Tanınmış aktrisa reklam obrazında - FOTO

30 May 2017 03:32

Moldova rusiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib

30 May 2017 03:08

9 nəvəsini VAZ-2106-da gəzdirən sürücü saxlanıldı - ASTARADA REYD

30 May 2017 03:04

Baş redaktor kürəkəni tərəfindən qətlə yetirildi

30 May 2017 03:03

Şimali Koreya uğurlu raket sınağı keçirdi

30 May 2017 02:44

Bred Pittin yeni FOTOları

30 May 2017 02:32

Azərbaycanlı səfir Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 02:28

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

30 May 2017 02:24

Yəməndə vəba epidemiyası: 500 ölü

30 May 2017 02:18

Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb

30 May 2017 02:17

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

30 May 2017 02:12

Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub

30 May 2017 01:57

"İŞİD-i məhv etmək üzrəyik" -

30 May 2017 01:54

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

30 May 2017 01:47

BELƏSİ HEÇ OLMAMIŞDI - Helikopteri cinsiyyət orqanıyla dartdı - FOTO/VİDEO

30 May 2017 01:43

Elementlərit ideal müvazinətli lampa - FOTO

30 May 2017 01:32

Misir Liviya ərazisinə havadan zərbə endirib

30 May 2017 01:32

"ABŞ artıq dünya lideri deyil" -

30 May 2017 01:30

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 01:29

Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

30 May 2017 01:27

Türkiyədə baş redaktor öldürüldü

30 May 2017 01:19

Qasırğa Moskvanı bu vəziyyətə saldı - FOTOLAR

30 May 2017 01:13

Sirri açılmayan -

30 May 2017 01:03