Ərdoğan Aİ-nin alternativini açıqladı

Ərdoğan Aİ-nin alternativini açıqladı
16:48 20 Noyabr 2016
129 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının yeganə seçim olmadığını bildirib.

"Qafqazinfo"nun “Sabah”a istinadən xəbər verir ki, ölkə başçısı Şanxay Birliyini alernativ olaraq göstərib.

Dövlət başçısı Pakistan və Özbəkistan səfərindən qayıtdıqdan sonra Avropa Birliyini (Aİ) tənqid edərək mühüm bəyanatlar verib.

“Brexit yayıla bilər. Fransa və İtaliyadan belə fikirlər yayılır. Bu cür hallarda Türkiyə özünü sakit hiss etməlidir. Niyə Türkiyə Şanxay Birliyinin üzvü olmasın?” -deyə Ərdoğan söyləyib.

Türkiyə lideri bu məsələ ilə bağlı Rusiya və Qazaxıstan prezidentləri ilə müzakirə apardığını da vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR