Bakının mərkəzində 22 yaşlı qızı öldürən kişi: "Mağazada cinsi əlaqədə olduq"

Bakının mərkəzində 22 yaşlı qızı öldürən kişi: "Mağazada cinsi əlaqədə olduq"
16:54 20 Noyabr 2016
491 Digər
Ölkə mətbuatı
A- A+

Dini məktəb müəllimindən biabırçılıq - FOTO (28 İyun 2017 13:22)
Uşaqlara meyl edən ailəli qadın ehtirasının qurbanı oldu - FOTO (27 İyun 2017 13:32)
Qız onunla evlənmək istəməyən sevgilisini kişilikdən məhrum etdi (24 İyun 2017 13:57)

Bu il Bakının Nəsimi rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başlayıb. Lent.az müsavat.com-a istinadən xəbər verir ki, Tərtər sakini olan 22 yaşlı Gülpərini qətlə yetirən 1961-ci il təvəllüdlü Vidadi Qarayev Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinir və onun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.

 

Qeyd edək ki, qətl hadisəsi bu il iyulun 2-də Nəsimi rayonundakı “Qış Parkı”nın yeraltı keçidindəki mağazada baş verib. Qətlin baş verdiyi mağazanı Vidadi Qarayev işlədirmiş.

Vidadi Qarayevin istintaqa ifadəsi qətlin təfərrüatlarını və qaranlıq məqamlarını üzə çıxarıb. İlkin məlumat kimi Aslanlı Gülpəri Rasim qızının Vidadi Qarayev tərəfindən aralarında yaranmış münaqişə zəminində öldürüldüyü bildirilirdi.

 

Qətli törədən 55 yaşlı şəxs özünü təqsirli bilib

 

V.Qarayev istintaqa ifadəsində deyib ki, onlar mağazada intim münasibətdə olduqdan sonra Gülpəri ondan pul istəyib. Vidadi Qarayev pul vermədiyi üçün aralarında mübahisə yaranıb və Gülpəri onu təhqir edib. V.Qarayev bundan əsəbiləşərək Gülpərini qətlə yetirdiyini deyib.

O, ifadəsində deyib ki, Gülpərini 2015-ci ilin dekabrından tanıyıb. Həmin vaxt Gülpəri onun işlədiyi mağazaya oyuncaq almaq üçün gəlib. Bür neçə gün sonra Gülpəri onun mağazasına növbəti dəfə gələrək nisyə mal alıb. Bundan sonra onların arasında münasibət yaranıb və bir-birilərinə telefon nömrələrini veriblər.

 

V.Qarayev bildirib ki, tanış olduqdan 10-15 gün sonra ilk dəfə işlədiyi mağazada cinsi əlaqədə olublar. Vidadi Qarayevin sözlərinə görə, bunun üçün ona 50 manat pul verib. Gülpərinin ondan pul istəmədiyini və özünün təklif etdiyini deyən Vidadi bundan sonra bir neçə dəfə Gülpəri ilə həmin mağazada cinsi əlaqədə olduqlarını bildirib.

 

İfadəsinin davamında V.Qarayev qeyd edib ki, buna görə Gülpəriyə hər dəfə 50 manat və ya mağazada satdığı mallardan hədiyyə verib. Vidadi onu da əlavə edib ki, Gülpəri mağazaya bir neçə dəfə qızı ilə də gəlib.

 

“Gülpəri məndən “pullu kişi” tapmağımı istədi”

 

Vidadi Qarayev Gülpərini qətlə yetirməsinin səbəbini isə belə danışıb: “Bir müddət sonra Gülpəri ilə münasibətimiz soyudu. Ancaq telefonda danışırdıq. Gülpəri məndən “pullu kişi” tapmağımı istədi. Bu, məni qəzəbləndirdi. Bundan sonra Gülpəridən şübhələnməyə başladım”.

 

Vidadi istintaqa ifadəsində deyib ki, Gülpərinin başqa kişilərlə görüşdüyündən şübhələnərək, onu öldürmək qərarına gəlib. Vidadi şübhələnməsinə səbəb kimi isə Gülpərini tanımadığı şəxsin maşınına minərkən görməsini göstərib. Gülpəridən qisas almaq qərarına gələn Vidadi iyulun 2-də mağazaya gələn Gülpəri ilə danışaraq guya onu yola gətirməyə çalışıb.

 

“Yalvardı ki, onu öldürməyim”

 

Gülpəriyə başqa kişilərlə görüşməsi ilə bağlı irad bildirən Vidadi deyib ki, ondan “yaxşı eləyirəm” cavabını alıb. Bundan qəzəblənərək üzərində olan bıçaqla ona bir zərbə vurub. Vidadi qətlin təfərrüatlarını danışarkən bildirib ki, bıçaq zərbəsindən sonra Gülpəri yalvararaq, onu öldürməməsini xahiş edib: “Yalvardı ki, onu öldürməyim. Amma öldürəcəyini dedim və ikinci bıçaq zərbəsini vurdum”.

 

Bundan sonra Gülpərinin qışqırdığını görən Vidadi onu boğmağa başlayıb. Vidadi deyib ki, Gülpərinin nəfəs almaqda çətinlik çəkdiyini və xırıldadığını görüb. Xırıltı səsi kəsiləndə isə onun öldüyünü başa düşüb. Meyiti kassanın arxasına qoyaraq mağazanın qapısını bağlayıb və taksi ilə kirayədə yaşadığı Bakıxanov qəsəbəsinə gedib.

Qatil arvadı və qardaşı ilə vidalaşıb

 

Evdə qana bulaşmış paltarını dəyişib və qətli törətdiyi bıçağı da götürərək evdən çıxıb. Qanlı paltarları zibil qutusuna atdıqdan sonra həyat yoldaşı Nazilə Qarayevaya zəng edib. Nazilə Qarayeva qardaşıgildə olduğunu deyib. Vidadi təcili görüşməli olduqlarını və onun Sabunçu keçidinə gəlməsini istəyib.

 

V.Qarayev görüş zamanı arvadına mağazada bir qızı öldürdüyünü və onu vidalaşmağa çağırdığını deyib. Daha sonra qardaşı Rövşənə zəng vurub, bir nəfər qızı qətlə yetiridiyini və polisə təslim olmağa getdiyini deyib.

 

Təqsirləndirilən şəxsin ziddiyyətli ifadələri…

 

Vidadi Qarayev istintaqdakı ifadəsində Gülpərini öldürməsinə səbəb kimi aralarında yaranan mübahisəni göstərib. Vidadi deyib ki, cinsi əlaqədə olduqdan sonra Gülpəri pul istəyib. Pul vermədikdə isə Gülpəri onu təhqir etdiyindən onu öldürüb. Ancaq burada maraqlı bir məqam da var ki, Vidadinin ifadəsindən də bəlli olur ki, sonuncu görüşlərində onlar cinsi əlaqədə olmayıblar. Vidadi digər ifadəsində isə Gülpərini tanımadığı şəxsin maşınına minərkən gördüyünü və qısqanclıq zəminində öldürdüyünü deyib.

 

Gülpərinin ailəsi narazıdır

 

İstintaq zamanı qətlə yetrilmiş şəxsin hüquqi varisi kimi onun atası Rasim Məhəmmədi tanınıb. O, ifadəsində bildirib ki, qızı Gülpəri 1994-ci ildə anadan olub. Tərtər şəhərində orta təhsil alan Gülpəri 2013-ci ildə İlqar Ələkbərovla ailə həyatı qurub. Bu nikahdan onların Mələk adlı qızları olub.

 

Rasim Məhəmmədi deyib ki, qızı heç bir yerdə işləməyib. Son iki ildir ki, ailəsi ilə birlikdə “Təzə bazar”ın yaxınlığında kirayədə yaşayıb. Gülpərinin əri tikində fəhlə işləyib. O, qızının ölüm xəbərini polis əməkdaşlarından aldığını, dəfndən sonra qətli törədən şəxsin Vidadi Qarayev olduğunu öyrəndiyini deyib.

 

R.Məhəmmədi qətli törədən şəxsi tanımadığını və qızının həyat yoldaşı ilə normal münasibətlərinin olduğunu deyib. İstintaq zamanı Gülpərinin hadisə baş verən gün mağazaya gəlməsi və Vidadinin qətli törətdikdən sonra mağazanı bağlayaraq getməsi müşahidə kameralırında da təsdiqlənib.

 

Qeyd edək ki, Vidadi Qarayevin məhkəməsində qətlə yetirilən Gülpərinin yaxınları da iştirak edib. Həyat yoldaşı və ailə üzvləri deyiblər ki, V.Qarayev Gülpəriyə təcavüz edərək, qətlə yetirib. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şimon Lankri: "...şəxsən mənə çox təsir etdi"

29 İyun 2017 14:59

Dərslik qalmaqalında ÜÇÜNCÜ TƏRƏF: bütün BİABIRÇILIĞIN ÜSTÜ AÇILDI

29 İyun 2017 14:53

Ən məşhur DJ yaxtada səyahətə çıxdı - FOTO

29 İyun 2017 14:52

Gənc Tamaşaçılar Teatrında “Çipollino” tamaşasının premyerası olub

29 İyun 2017 14:52

İrem Derici sevgilisindən ayrıldı

29 İyun 2017 14:52

Botoks təsiri yaradan banan maskası

29 İyun 2017 14:50

Günay İbrahimli sevgilisindən danışdı: "Çox qısqancdır"

29 İyun 2017 14:49

Dünyanın ən gözəl qadınları formada qalmaq üçün bunları edir

29 İyun 2017 14:48

iPhone-la çəkilən ən yaxşı FOTOlar seçildi

29 İyun 2017 14:47

ATV kanalı əhaliyə o şirkəti məsləhət gördü - VİDEO

29 İyun 2017 14:44

SOCAR-ın xəsarət alan əməkdaşlarından XƏBƏR VAR

29 İyun 2017 14:42

İraqın Müdafiə Nazirliyi: "Mosul İŞİD-dən tamamilə azad edilib"

29 İyun 2017 14:42

Madrid klubu "Barselona"nın təklifini rədd etdi

29 İyun 2017 14:42

Rusiya hərbiçiləri Türkiyə sərhədindən çəkilir - FOTOLAR

29 İyun 2017 14:38

Bakıdakı bu restoranda musiqiyə görə əlavə 32 manat alındı - FOTO

29 İyun 2017 14:37

Çexiya XİN erməni mətbuatının iddialarını təkzib edib

29 İyun 2017 14:37

Dollar bahalaşmağa başladı

29 İyun 2017 14:37

“Galaxy Note 7 FE” smartfonunun nə vaxt təqdim ediləcəyi bəlli olub

29 İyun 2017 14:35

Pərvin Abıyeva çimərlik geyimində - FOTO

29 İyun 2017 14:34

Ramil Usubovdan yeni rəis TƏYİNATI

29 İyun 2017 14:33

Rusiya və Çindən ABŞ-a qarşı BİRGƏ PLAN

29 İyun 2017 14:33

"İnter" Medeli Türkiyə klubuna satır

29 İyun 2017 14:32

“AtaBank” uşaq evinin balaca sakinlərini sevindirib

29 İyun 2017 14:32

Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı 70 ölkəyə yayımlanacaq

29 İyun 2017 14:32

Azərbaycanlı deputatlar AŞPA-nı Ermənistanın dövlət terroru siyasətinə qarşı ciddi mübarizə aparmağa çağırıblar

29 İyun 2017 14:27

Türkiyə vətəndaşının Azərbaycandan qanunsuz yolla 30 min dollar çıxarmasının qarşısı alınıb

29 İyun 2017 14:27

Azərbaycan xalçaları Bolqarıstanda sərgiləndi - FOTO

29 İyun 2017 14:23

Bu görüntülər az öncə gəldi (18+)

29 İyun 2017 14:23

Sabiq Səudiyyə vəliəhdinin saraydan çıxışına qadağa qoyuldu

29 İyun 2017 14:22

30 iyun rəsmi olaraq "Sevgililər günü" kimi qeyd olunsun

29 İyun 2017 14:22

Qadın bədəni haqda kişilərin bilmədiyi 15 VACİB ELEMENT: yataqda...

29 İyun 2017 14:18

Bakıda çempion qızın ölüm anı - VİDEO 18+

29 İyun 2017 14:17

Sibiri dolaşıb yerlilərin FOTOlarını çəkdi

29 İyun 2017 14:17

DİQQƏT: Azərbaycan bu terrorçuları axtarır

29 İyun 2017 14:17

Zakir Qaralov Lənkəranda vətəndaşları qəbul edib

29 İyun 2017 14:12

Ləğv prosesində olan "Yunayted Kredit Bank" "MilliÖN" ödəmə sisteminə qoşuldu

29 İyun 2017 14:12

Qaxda narkotik bitkilər becərən ata, oğul və qızı tutulub

29 İyun 2017 14:12

"Muğam axşamları" layihəsinin növbəti təqdimatı keçirildi - FOTO

29 İyun 2017 14:12

Məleykə Əsədovanın ailəsində TOY

29 İyun 2017 14:11

19 yaşlı qız ərini güllələdi: Yutuba görə... - FOTOLAR

29 İyun 2017 14:08

Piyada keçidindən keçən azərbaycanlı idmançının ölüm anı - Qəzanın VİDEOsu

29 İyun 2017 14:05

Ermənistan Qarabağ məsələsində Rusiyaya güvənmir

29 İyun 2017 14:05

Azərbaycanda "Petya" virusu təhlükəsi var? - RƏSMİ AÇIQLAMA

29 İyun 2017 14:05

Azərbaycan antiterror siyahısını genişləndirdi - “Əl-Qaidə” və İŞİD-ə dəstək göstərən şəxslər axtarışda

29 İyun 2017 14:05

Almaniya Ərdoğana icazə vermədi

29 İyun 2017 14:03

Bakıda adam oğurlamış şəxs tutuldu

29 İyun 2017 13:59

Lənkəran sakinindən Prezident Administrasiyasına QƏRİBƏ MÜRACİƏT

29 İyun 2017 13:58

Bakıda terror törətmək istəyən dəstənin üzvünə hökm oxundu

29 İyun 2017 13:57

Kiyevdə Azərbaycan poeziyası haqqında kitabın təqdimatı keçirilib

29 İyun 2017 13:57

Keçmiş polis rəisinə yeni vəzifə verilib

29 İyun 2017 13:57