Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elxan Abdullayev: "Gərək hər oyuna istəklə çıxasan"

Elxan Abdullayev: "Gərək hər oyuna istəklə çıxasan"

Date: 20 November 2016 17:02

Bakı. 20 noyabr. REPORT.AZ/ "Komanda bu gün çox zəif çıxış etdi. "Sumqayıt” bizdən daha istəkli idi, ona görə də qələbə qazandı”.
“Report” xəbər verir ki, bunu Premyer Liqanın XII turunun "Sumqayıt” klubu ilə oyunundan sonra "Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev deyib.
“İnter”i məğlub edəndən sonra komandada arxayınlıq yaranmışdı ki, "Sumqayıt”a da qalib gələrik. Amma belə deyil, gərək hər oyuna istəklə çıxasan. Əks halda məğlubiyyət qaçılmaz olur. Bundan başqa, heyətlə bağlı problemlərimiz var. Ehtiyat skamyamız çox kasaddır, orada oyunu gücləndirə biləcək futbolçu yoxdur”, - deyə o əlavə edib.


Tags:  Elxan Abdullayev hər oyuna istəklə çıxasan


RƏYLƏR


Top news